10:40 – xeber – Bu ilin aprelində Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində gömrük rüsumlarından Ermənistan büdcəsinə daxilolmalar azalıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ötən ay Ermənistanın rüsumlardan ümumi gəliri 4,4 milyard dram (8,5 milyon dollar – red.) təşkil edib.
Bu rəqəm ötən ilin analoji dövründən yarım milyard dram azdır.
Qeyd edək ki, Ermənistan 2015-ci ilin yanvarından AİB-nin üzvüdür.