Ermenilerle uzbeuz sengerden reportaj – Video

00:04 – xeber – ANS yeni layihəyə start verib. Televiziyanın əməkdaşları Azərbaycan xalqının məktublarını əsgərlərə çatdırmaq üçün cəbhəyə ezam olunub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri ilə ən yaxın məsafədə dayanan əsgərlər də yaddan çıxmayıb. Onlar da namələrini alıblar. ANS-çilər cəbhədən xeyli xoş təəssüratla qayıdıblar.
 
***
 
Əslində, elə uşaqlıqdan gözümdə qorxu olmayıb. Amma paytaxtda oturub kiminsə cəbhəyə getməsi haqqında danışanda elə bilirdim dünyanın ən qorxmalı yeri buradır. Amma yox. Ermənistan əsgəri ilə cəmi 200 m-lik bir məsafədə olmağımıza, avtomat və snayperlərdən ərazinin atəşə tutulmasına baxmayaraq, o qədər rahat, arxayın, o qədər əmin idik ki, bu səngərlərdə…
 
Bəs bu nə rahatliq idi bizdə? İndi deyim. Azərbaycan ordusunun hərbçiləri. Dünyanının ən peşəkarları, ən qeyrətli oğullarıdır. Biz gördük ki, bu hərbçilər o ərazilərin ağasıdırlar. Onlar o qədər rahat idilər ki, bu bizə də siraət etmişdi. Oğlu cəbhədə olan analar, siz də rahat olun. Bu səngərdə adam özünü tam təhlükəsizlikdə hiss edir.
 
Hərbçilərimizə bu inam cəbhəyanı kəndlərin sakinlərində də var. Onlara necə də inanmayasan, necə etibar etməyəsən. Bilirsiz nə oğullardılar! İstisnasiz hamısının fikri-zikri ancaq torpaqları azad etməkdir. Paytaxt həyatı onları maraqlandırmır.
 
Mənim "nə var burada – güllənin altında, niyə gedib öz elinizdə rahat yaşamırsız, heç paytaxta qayıtmaq istəmirsiz" kimi qəsdən verdiyim təxribatvari suallar da işə yaramadı. Onlar tam səmimiydirlər. Fakt da göz qabağında. Məsələn, bu igid tankçı. Artıq 10 ildir ki, cəbhədədir. Aprel döyüşlərində başından yaralanıb.
 
Artiq döyüş mövqeyindədir. Elə müəllimlik peşəsini atıb cəbhəyə gələn bu oğul. Hələ adama xəcalət də verirlər. Bütün ilin günlərini, 24 saatı cəbhədə olan hərbçilərimiz bizə cəmi bircə gün onların yanına getdiyimizə görə təşəkkür edirlər.
 
Necə bu qədər yaxşı olmaq olar axı?
 
Bu səfər mənə Azərbaycan əsgərini sevdirdi. Həm hərbçilərimizin vətən eşqi, həm Azərbaycan ordusunun texniki gücü və hazırlığı haqqında cəbhədə əldə etdiyimiz məlumatlardan sonra topaqların müdafiəsinin tam etibarlı əllərdə olduğundan əmin olduq. Bir də ki, bu gözəllikləri necə qorumayasin axı.
 
Və sonda. Allah səni qorusun, Azərbaycan əsgəri! Yenidən geri qayıtmaq arzusu ilə…
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org