Ermenilerin Ukraynada bu siyaseti texribatdir – Deputat


[r32]
– xeber –
Ermənilərin Ukraynada “xaçkar”larla bağlı siyasəti təxribatdır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu fikri Azərtac-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib.
Deputat bildirib ki, Ukraynanın Xerson şəhərində ermənilər tərəfindən qoyulan abidənin nə 1915-ci ildə Türkiyədə baş verən hadisələr, nə də Ermənistan-Azərbaycan müharibəsi ilə heç bir əlaqəsi yoxdur. Ermənilər buna “xaçkar” deyirlər. Əgər həmin “xaçkar”ın Türkiyə və ya Qarabağ hadisələri ilə əlaqədar olmasına dair bir yazı yer alsaydı, o zaman bunun qarşısı ciddi surətdə alınardı.
“Xaçkar”ın altında iki dildə – Ukrayna və erməni dilində “jertv vırmenskovo narodu” ifadəsi yer alıb. Bu, tarixin bütün dövrlərində qırılan, itkin düşən ermənilərlə bağlı qoyulan bir abidədir. “Xaçkar” xaç formasında bir abidədir. Bundan Ermənistanda da qoyublar. Ermənilər tarixən biri-birlərini də çox qırıblar. Tayfalar biri-birlərini məhv edib, biri-birlərini atların ayaqları altına salıb öldürüblər. Erməniləri “xaçkar”larla bağlı sıxanda deyirlər ki, biz bunu dünyanın müxtəlif yerlərində müxtəlif zamanlarda yüz minlərlə erməninin qırılması ilə bağlı qoymuşuq, biz özümüz də özümüzü qırmışıq. Şübhəsiz, bu, bir təxribatdır və bizim tərəfimizdən də belə qiymətləndirilir. Bu məsələ ilə bağlı Türkiyə ilə də əlaqə saxladım. Oradakı dostlarımız da bildirdilər ki, bu məsələ ilə bağlı ermənilərin üstünə gedəndə onlar bunu süni şəkildə şişirdir, iddia edirlər ki, biz xaçpərəst bir xalq olaraq öz xaçımızı qoyduğumuz, milli-dini mənsubluğumuzu diqqətə çatdırdığımız üçün bizə təzyiq edirlər”, – deyə deputat əlavə edib.
R.Quliyev qeyd edib ki. bu proses təxminən 2-3 il bundan əvvəl başlayıb. Ermənilər hər dəfə müxtəlif formalarda müəyyən addımlar atmağa çalışırlar. Təbii ki, bunun da arxasında güclü erməni lobbisi dayanır.
“Bu məsələdə Türkiyə də sərt addımlar atmalıdır. Diplomatik və yeri gələndə iqtisadi kanallarla effektiv iş aparılmalıdır. Ermənistanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı ortaya qoyduğu mövqe əslində bizim əlimizdə Ukraynadakı erməni təxribatlarının qarşısını almaq üçün çox mühüm bir imkandır. Türkiyə də bu imkandan istifadə etməlidir, necə ki, biz bundan istifadə edirik. Biz mütəmadi şəkildə Ukraynadakı diaspor təşkilatlarımız və səfirliyimiz ilə əlaqə saxlayırıq”, – deyə R.Quliyev açıqlamasında qeyd edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org