Ermenilerin oldurduyu 2 yasli Zehranin atasina dedikleri


[r32]
– xeber –
Kult.az Aqşin Evrənin iyulun 4-ü Füzulinin Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhraya həsr etdiyi şeiri təqdim edir:
Atama gecə teleqramı
(2 yaşlı Zəhranın atasına dedikləri)
Mən yaxşı insan oldum, ata, yaxşı insan oldum
Həyatla yaxşı keçindim ki, səni məndən almasın
Kişi kimi yox, insan kimi ağrıdım
Ayaqsız birini görəndə axsadım ki, tək qalmasın
Mən çoxlu insan oldum, ata, çoxlu insan oldum
Ömrünü qaranlığa ötürən birinə…
Gözlərini itirən birinə gül qoxlatdım
İnandırdım ki, gül baxmaq üçün yox, iyləmək üçündür
Qulağı eşitməyən qonşu Əvəz dayıya
gülümsəyən uşaq şəkilləri göstərdim
Axı uşaqların şəkli də gülüşləri eşitmək üçündür
Bütün güllələrə qucaq açdım, ata,
Partlamayan mərmiləri tapıb hamısına təşəkkür elədim
Yaxşı insan oldum, ata, yaxşı insan oldum
Bircə… sənin kimi ola bilmədim.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org