Ermenilerin novbeti keleyi

00:30 – xeber – Mayın 14-də Ukraynanın Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilərin təxribata əl atmasıyla bağlı xəbər barədə oxucularımız məlumatlıdır.
 
Belə ki, çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub. Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımız ermənilərin əlindən qondarma rejimin "bayrağını" alaraq cırıb ayaq altına atıblar. Dava emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.
 
Yarışlar başa çatdıqdan sonra şəhərdə yaşayan ermənilər təkrarən Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilərin bəziləri travmatik silahla soydaşlarımıza hücum edib. Həmyerlilərimiz arasında bəziləri xəsarət alıb. 
 
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən verilən məlumatda isə deyilirdi ki, ermənilərin hücumu nəticəsində konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov, onun qardaşı Rəcəb Məhərrəmov, Ruslan Məmmədov, İlqar Məhərrəmov, Rəşad Məmmədov və Vüsal Cəlalov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Bildirilirdi ki, onlar hazırda Lvovdakı xəstəxanalardan birində müalicə olunurlar. Yaralılardan 4-ü baş nahiyəsindən xəsarət alıb, vəziyyətləri ağır olaraq qalır…
 
Hadisədən az qala bir aya yaxın vaxt keçməsindən sonra Ukraynadakı mənbələrimizdən heç də xoş qarşılanmayacaq bir məlumat əldə etmişik. 
 
Belə ki, Lvovda azərbaycanlılara qarşı baş verənlərin Ukrayna-Azərbaycan münasibətlərinin heç də yüksək səviyyədə, strateji tətəfdaşlıq miqyasında olmadığını isbatlayacaq bir hal yaşanıb. 
 
Moderator-a məlumatı verən mənbənin sözlərinə görə, onsuz da Ukraynada at oynadan ermənilər erməni əslli daxili işlər naziri Avakovun gəlişindən sonra özlərini bu ölkənin gerçək sahibləri hesab etməyə başlayıblar və digər millətlərin nümayəndələrini sıxışdırmağa nail olublar. Bu cür erməni fitnəkarlığı azərbaycanlılardan da yan keçməyib. Belə ki, həmin davadan sonra ermənilərlə azərbaycanlarıların guya barışaraq bir birindən üzr istəməsi üçün qarşılıqlı razılaşma əldə olunsa da ermənilər bu dəfə də erməniliklərinə sadiq qalıblar. Bu azmış kimi barışıq aktı Lvovda kilsədə baş tutub. Azərbaycan tərəfi yaranan anlaşılmazlığa görə erməni tərəfindən üzr istəsə də qarşı tərəf verdiyi sözə xilaf çıxaraq azərbaycanlıları pərt duruma salıblar. Kilsədəki həmin görüşdə iştirak edən azərbaycanlıların adları məlumdur, amma sayt yazır ki, onların pərt duruma düşməmələri üçün təfərrüata varmağı lazım bilmir…
 
Moderator-a məlumat verən mənbənin sözlərinə görə, azərbaycanlıların sıxışdırılmasına qarşı Ukraynadakı səfirliyimizin əməkdaşlarının cəhdləri çox uğursuz alınıb və belə demək mümkünsə Ukraynadakı diplomatik missiyamızın yarıtmaz fəaliyyəti nəticəsində azərbaycanlılar təkcə Lvovda deyil, artıq digər iri şəhərdlərdə də məhz Avakovun xüsusi təlimatı ilə sıxışdırılmağa başlanılıb. 
 
Buna görə də bu ölkədə yaşayan azərbaycanlılar indidən həyəcan təbili çalmağa başlayıblar ki, Ukraynada erməni küləyi hər ötən gün daha sərt əsməyə və fəsadlar törətməyə başlayıb, ona görə də rəsmi Bakı bununla bağlı Poroşenko hökuməti ilə çox açıq şəkildə danışmalıdır, əks halda bu ölkədəki soydaşlarımızın deportasiyası, daha doğrusu, məcburi olaraq Ukraynanı tərk etmələri qaçılmaz olacaq…

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org