Ermenilerin diri-diri yandirdigi Celil kim olub?


[r32]
– xeber –
Hələ bir əsr öncə ermənilər tərəfindən törədilən vəhşiliklərin canlı şahidi, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Azərbaycan hərbçisi – Cəlil Xudiyev haqqında MEK-in Sərbəst Elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Vikipediyasında məqalə yaradılıb.
Cəlil Xudiyev 1905-1918-ci illərdə baş vermiş erməni-müsəlman müharibəsinin ən fəal iştirakçısı olub. Onun qardaşı Xudiyev Balaca 1905-ci ildə gecə ermənilər tərəfindən qətlə yetirilib. C.Xudiyev 1918-1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışıb, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olub.
1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olub. Daha sonra H.Əliyevin iştirakı ilə Xankəndində keçirilən geniş iclasda C.Xudiyev çıxış edir, qətli törədən şəxslərin adlarını açıqlayır, iclasdan sonra isə 39 erməni həbs edilir.
C.Xudiyev 1988-ci ildə Xankəndində ermənilər tərəfindən diri-diri yandırılıb.
15 mart 2002-ci il tarixində Azərbaycan Respublikası Xocalı Rayon Məhkəməsinin qərarı ilə Cəlil Xudiyevin şəhidliyi rəsmi sənədlərlə təsdiq olunub.
Xatırladaq ki, MEK əməkdaşlarının çalışması nəticəsində Vikipediyada 20 Yanvar və Aprel döyüşləri şəhidləri, Milli Qəhrəmanlara həsr olunmuş səhifələr yaradılıb, müxtəlif dillərə tərcümə edilib.
Linkə daxil olmaqla, məqalə ilə tanış ola bilərsiniz:
https://az.wikipedia.org/wiki/C%C9%99lil_Xudiyev

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org