Ermenileri seven xanim liderliyi ele aldi –


[r32]
– xeber –
18:54
Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı eksit-pollun nəticələri məlum olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Yürüş Hərakatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marine Le Pen prezident seçkilərinin əsas rəqibləri hesab edilib.
***
Fransada birinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanmağa başlanıb.
Yürüş Hərakatının lideri Emmanuel Makron 24 faiz səslə rəqiblərini geridə qoyur.
Radikal Milli Cəbhə Partiyasının lideri Marina Le Pen, respublikaçı Fransua Fiyon və “Fəth olunmamış Fransa” hərəkatının rəhbəri Jan-Lyuk Melanşon ardıcıl olaraq Makrondan sonrakı yerləri bölüşür.
Qed edək ki, bu gün Fransada keçirilən prezident seçkilərinin birinci turunda 11 namizəd iştirak edir. Namizədlərdən heç birinin 50 faizdən çox səs alacağı proqnozlaşdırılmadığından, seçkilərin ən azı iki turdan ibarət olacağı gözlənilir.
İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turunda yarışacaqlar.
***
Yerli vaxtla saat 20:00-a (Bakı vaxtilə 22:00) olan məlumata görə, seçici fəallığı 81 faiz olub.
***
Son məlumata görə, ultrosağçı Le Pen hazırda 24,15 faiz səslə liderliyə yüksəlib. Makron 21,43, Fiyon 20,34 faizlə ikinci-üçüncü yerdədirlər.
Hələlik 3,76 milyon seçicinin səsi sayılıb.
***
Eksit-pollun son nəticəsi açıqlanıb: Emmanuel Makron 23,7 faiz səslə liderlik edir, 21,7 faizlə Le Pen ikincidir, Melanşona və Fiyon isə 19,5 faizlə 3 və 4-cü yerləri bölüşdürür.
Bu nəticənin ardınca Makronun seçki qərargahında qələbə şənliyi başlanır. Makronun ikinci tura keçəcəyi şübhə doğurmur.
Eksit-pollun nəticələrinin təsdiqlənəcəyi ehtimalı yüksəkdir. Mayın 7-də Makron və Le Penin mübarizə aparacağı gözlənilir.
***
Bu nəticənin ardınca Fransa baş naziri və DİN rəhbəri Makronu ikinci turda dəstəkləmək üçün öz tərəfdarlarına müraciət ediblər.
***
Fransanın keçmiş baş naziri Manuel Vals da xalqı ikinci turda Makrona səs verməyə çağırdı.
***
Ekzit-pollun son, seçkilərin ilkin nəticələri əsasında Fiyon seçkidə artıq məğlub olduğunu qəbul etdiyini bildirib.
***
"La Figaro" hazırda Makronla Le Penin səslərinin bərabərləşdiyini – 23 faiz olduğunu yayıb. Melanşon 19 fazilə 3-cüdür.
Səslərin neçə faizinin sayıldığı açıqlanmayıb.
***
Sosialist Benya Amon seçkidə uduzduğunu qəbul edib və tərəfdarlarını Le Penə qarşı səs verməyə çağırıb.
***
Fransa Prezidenti Fransua Olland Makronu birinci turun lideri olması münasibəti ilə təbrik edib.
***
Daxili İşlər Nazirliyinin yaydığı ən son məlumata görə, səslərin 30 faizi artıq sayılıb. Hazırda ultrosağçı Le Pen 24,78 faiz səslə liderdir. İkinci yeri 21,75 faizlə Makron, Fiyon isə 19,65 faizlə 3-cü yeri tutur.
***
Melanşon məğlubiyyətini qəbul etməyib və eksit-pollun nəticəsinə görə qərar verilməsinə qarşı çıxıb. "Seçkinin səhih nəticəsini gözləmək lazımdır", – Melanşon bildirib.
***
Hazırda səslərin 44,89 faizi sayılıb. DİN-in açıqladığı rəsmi məlumata görə, Le Pen 24,3 faizlə yenə də liderdir. Makron 22,28 faizlə ikinci, Fransua Fiyon isə 19,60 faizlə üçüncü yerdədir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org