Ermenilerden daha bir heyasizliq: İncirliye iddia

01:03 – xeber – İki aydan sonra Kaliforniyada yaşayan bir qrup erməni məhkəməyə müraciət edərək Türkiyədəki İncirlik ABŞ hərbi bazasına qarşı iddia qaldıracaq.
 
ANS-in məlumatına görə, bu barədə britaniyalı jurnalist Robert Fiskin məqaləsində deyilir. Məqalədə bildirilir ki, məhkəməyə iddianı üç erməni təqdim edəcək. Ermənilər iddia edir ki, Adana şəhərindən bir neçə kilometr məsafədə yerləşən və NATO-nun cənub komandanlığına tabe olan bazanın ərazisi vaxtı ilə ermənilərə məxsus olub. Ermənilərin iddiasına görə, İncirlikdə ferma, yay evləri, kilsə, məktəb olub və 1915-ci ildə baş vermiş hadisələr üzündən həmin yerlər ermənilərin əlindən çıxıb.
 
Avqustun 9-da Kaliforniyada keçiriləcək məhkəmədə əsas iddiaçı kimi Aleks Bakalyan, Anais Arutünyan və Rita Maqdesyan çıxış edəcək. Robert Fiskin yazdığına görə, daha 13 erməni adını siyahıya yazdıra bilər.
 
Təbii ki, ermənilərin bu iddiası sırf təbliğat işidir və uydurma erməni soyqırımına diqqət çəkmək məqsədi daşıyır. Çünki Kaliforniya məhkəməsinin qərarı ilə Türkiyənin hansısa ərazisinin Amerika vətəndaşları olan ermənilərə verilməsi qeyri-mümkündür. Türkiyədə hansısa əraziyə iddia müvafiq sənədlər yığıldıqdan sonra Türkiyə məhkəməsi tərəfindən təmin edilər bilər. Böyük ehtimalla ermənilərdə belə sənədlər yoxdur. Həmin ermənilərin İncirlik ərazisinə iddiasının müəyyən qədər əsası olsa idi, indi yəqin ki, ermənilərin müxtəlif yollarla Türkiyə arxivlərindən mülkiyyət hüququ barədə sənədləri ələ keçirmişdilər. 
 
Ermənilərin hədəf kimi İncirliyi seçməsinin də səbəbi aydındır. Baza yetərincə məşhurdur. 1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası dekabr 1954-cü ildə Türk Silahlı Qüvvətləri (TSK) və Amerikan Hava Qüvvələrinin xidmətində ortaq istifadəyə açılıb. Orta və ağır bombardmanlara qarşı təcili cavab bazası olan İncirlik hazırda NATO-nun Suriya və digər Yaxın Şərq ölkələrindəki əməliyyatlarında aparıcı rol oynayır.
 
Robert Fisk qeyd edir ki, bu məhkəmə işi ABŞ-da partlayış effekti verəcək: "Əgər "erməni soyqırımı" ABŞ məhkəməsində tanınacaqsa, 1915-ci ildə baş vermiş kütləvi qətllər barədə bu sözün hökumət tərəfindən işlədilməsi müəyyən zaman ərzində mümkün olacaq".
 
Məsələ aydındır, ermənilər ABŞ prezidenti tərəfindən «erməni soyqırımı» sözünün işlədilməsini istəyirlər. Amma bir məsələ var ki, ABŞ prezidenti bu sözü işlətsə belə məsələ dəyişməyəcək. Soyqırımın tanınması məsələsi siyasi yox, hüquqi məsələdir. Tərəflər öz istəkləri ilə əllərində olan sənədlərini götürüb beynəlxalq məhkəməyə yollanmalıdırlar. Türkiyə bu məsələdə ilk addım kimi Ermənistana arxivləri açmağı təklif edir.
 
Ermənistan isə bu variantdan qorxur. 2000-ci illərin əvvəlində ABŞ Dövlət Departamenti tərəfindən aparılmış araşdırma ermənilərin bu qorxusunun səbəbini ortaya çıxarıb. Məlum olub ki, ermənilər 1915-ci ildə 2 milyona yaxın müsəlman – türk, kürd, laz, çərkəz, ərəb və s. qətlə yetiriblər. Ölən erməni sayı isə 300 mini keçməyib. Bu faktın üstu açılarsa, ermənilərin soyqırım həyata keçirdiyi barədə qərar verilə bilər. Bu isə 20-ci əsrin ilk soyqırımı sayılacaq. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org