Ermenilerden cebhe bolgesinde daha bir texribat

21:40 – xeber – Erməni işğalında olan Xaçınçay su anbarının daşması nəticəsində Xaçınçaya su gəlib.
 
APA-nın xəbərinə görə, torpaqların işğalından sonra ermənilərin qarşısını kəsdiyi çaylara su buraxılıb.
 
Tərtərin Hüsənli kənd sakini Təvəkkül Məmmədov APA-ya açıqlamasında bildiirb ki, ermənilər Xaçınçay çayına sonuncu dəfə 8 il əvvəl su buraxıb. Son günlər dağ və dağətəyi rayonlara həddindən artıq yağış düşməsi sel yaradıb.
 
Cəbhəyanı kənd sakinlərinin dediklərinə görə, bu gün fasilələrlə çayda partlayışlar müşahidə edilib. Ermənilərin çaya buraxdığı müxtəlif növ hərbi sursatlar  güclü axın nəticəsində daşlara dəyib partlayır. Hazırda Xaçınçayın sağ və sol sahilində yerləşən cəbhə kəndləri üçün təhlükə yoxdur. Yerli sakinlər çaydan götürdüyü su ilə əkin sahələrini suvarmağa çalışır.
 
Qeyd edək ki, Xaçınçayın uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km2-dir. Çay Qarabağ dağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarından başlayan bulaqların yağış, qar və yeraltı suların birləşməsindən əmələ gəlir. Çayın üzərində 1964-cü ildə Xaçınçay su anbarı tikilib. 1993-cü ildən Ağdam rayonun ermənilər tərəfində işğal etməsi nəticəsində Azərbaycan tərəfdən Xaçınçay çayı və Xaçınçay su anbarının Azərbaycan tərəfindən istismarı mümkün deyil.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org