Ermeniler qorxur: "Gelen ay savas baslayacaq"

– xeber – “Komsomolskaya pravda” nəşrinin reportyoru və publisist Darya Aslamova bu günlərdə Türkiyə-Ermənistan sərhədində yerləşən Markara kəndində gördükləri haqda danışıb.

 

Publika.az xəbər verir ki, reportyor sərhəd kəndində yaşayan ermənilərin qorxduğunu deyib: “Ermənilər bir tərəfdən Ağrı dağına iddia edirlər. Lakin sərhəddə yaşayan insanlar qorxurlar. Ermənilər Qarabağ müharibəsini hələ də unutmayıblar və Qarabağda yeni müharibənin başlamasının özü ilə bərabər Türkiyə ilə də müharibə təhlükəsi gətirəcəyindən qorxurlar”.

 

Onun sözlərinə görə, erməni kəndlərində rastlaşdığı insanların gözündə bir qorxu var.

 

“Onlar böyük güclərin toqquşmasını, yaxud Qarabağda baş verə biləcək müharibənin alovunu görmək istəmirlər. Onlar sakit yaşamaq istəyirlər”, – deyə o bildirib.

 

Yaxın Şərq haqda təəssüratlarını da paylaşan reportyor müharibənin apreldə başlayacağını bildirib: “Artıq hər şeyin hazır olduğunu deyə bilərik. Rusiya, Türkiyə, digər tərəfdən də Səudiyyə Ərəbistanı müharibəyə hazırlaşır. Onu deyə bilərəm ki, Şərqdə müharibə apreldə başlayacaq”.

 

Xatırladaq ki, Rusiya və ABŞ-ın razılaşması ilə fevralın 27-dən Suriyada atəşkəs elan olunsa da, İŞİD-ə qarşı mübarizə dayanmayıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org