Ermeniler “Qarabag”i pulla almaq isteyir

20:27 – xeber – Rusiyada həvəskar liqada mübarizə aparan, paytaxt Moskvada yaşayan azərbaycanlılar tərəfindən yaradılmış “Qarabağ Moskva” futzal klubunu ermənilər almaq istəyir.
 
ANS -in məlumatına görə, bu barədə Türkiyənin Haber61.net portalı xəbər verib. 
 
Ermənilər son zamanlar futzal çempionatında bir sıra uğurlar qazanan klubun onlara satılması üçün oyunçular və klub rəhbərliyinə təzyiq edirlər. Xəbərdə deyilir ki, maddi sıxıntılar üzündən klubun oyunçuları səfər oyunlarına öz hesablarına gedirlər. Klubun oyunçusu və eyni zamanda məşqçisi olan Elnur Vəliyev bildirib ki, ermənilərin Moskvada çıxış edən “Artsax” futzal komandası klubu almaq istəyir. 
 
“Lakin oyunçularımız bu təklifi qəti rədd edirlər. Əgər bizə maddi dəstək verən olsaydı Azərbaycan bayrağını böyük liqada dalğalandıra bilərdik. Azərbaycandan fərqli olaraq ermənilərin bu kluba maraq göstərməsi bizi məyus edir”, – deyə Elnur Vəliyev bildirib.
 
Qeyd edək ki, Rusiyada azərbaycanlıların yaratdığı "Qarabağ Moskva" klubu futzal üzrə Moskva birinciliyində çıхış edir. Komandanın rəhbəri və məşqçisi Elnur Vəliyev həmçinin oyunçu kimi çıxış edir. Azərbaycanı təmsil edən komanda 2013-cü il yanvarın 10-da Moskvada yaşayan həmvətənlərimiz tərəfindən yaradılıb. Kollektiv əsasən Moskvada yaşayan gənclərdən və tələbələrdən ibarətdir. Elnur Vəliyev Moskvada Rusiya Futbol İttifaqının təşkil etdiyi C kateqoriyalı məşqçi kurslarında iştirak edərək, kursun yekununda imtahan nəticəsində C kateqoriyalı lisenziya alıb. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org