Ermeniler Osmanlida besinci kolon idi – Makkarti

12:58 – xeber – Osmanlı imperiyasının rəhbərliyinin 1915-ci ildə ermənilərin yaşayış yerlərini dəyişdirməsi üçün tutarlı səbəbləri olub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Sakarya şəhərində keçirilən “Erməni məsələsi” konfransında çıxışı zamanı amerikalı tarixçi Castin Makkarti söyləyib. Onun sözlərinə görə, Osmanlı heç bir zaman ermənilərə qarşı soyqırım planlaşdırmayıb:
 
“Biz bunu çox yaxşı bilirik. Ölkə rəhbərliyi dövləti qorumaq istəyirdi. Ermənilər o zaman müsəlmanlar üçün böyük təhlükə kəsb edirdilər. Ermənilər onlara hücumlar edir, öldürürdülər. Onlar rus ordusunun davamçılarına çevrilmişdilər. Mən ermənilər haqqında danışarkən xalqın üsyan qaldırmış millətçi kəsimini nəzərdə tuturam. Bu xalq o zamanlar kənd təsərrüfatı ilə məşğul olurdu və elə məhz həmin millətçi ermənilər sadə əhalini narahat edir, qiyama qoşulmayacaqları təqdirdə onları öldürəcəklərini bəyan edirdilər. Ermənilər Osmanlı dövlətini satmışdılar və dövlətin də əlində sərt tədbirlər görməsi üçün kifayət qədər səbəb var idi. Osmanlı məhz onlara görə ruslarla savaşmaq yerinə daxilində müharibə aparırdı. Ermənilər Rusiyanın beşinci kolonu kimi fəaliyyət göstərirdilər. Bunun ən böyük nümunəsi isə Van rayonundakı fəaliyyətləri idi. Müharibə dövründə Osmanlı bir nəfər də olsun etnik ermənini edama məhkum etməyib. Erməni millətçiləri isə bunun əvəzində Osmanlını məhv etmək istəyirdilər və bunun üçün 100 ildən çox müddətdə ruslarla əməkdaşlıq ediblər”. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org