Ermeniler buna nail oldu: İlhan Askin mehkemede

11:53 – xeber – Erməni lobbisi öz təsir rıçaqlarından istifadə edərək, Azərbaycan və türk diaspora fəalı, ermənilərin Xocalıda törətdikləri soyqırımın Avropada geniş şəkildə yayımlanmasında aktiv rol oynayan İlhan Aşkının gələcək fəaliyyətinə əngəl yaratmaq, onu məhkəmə çəkişmələri ilə psixoloji təsir altında saxlamaq məqsədi güdür.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) yaydığı bəyanatda əksini tapıb.
 
ATXƏM bütün diaspora təşkilatlarını İlhan Aşkının müdafiəsinə qalxmağa çağırıb:
 
“İlhan Aşkın Azərbaycanın BMT və bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün pozulduğunu, Ermənistanın Azərbaycan torpaqlarını güc yolu ilə işğal altında saxladığını ifadə etmiş, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan ərazilərdən çəkilməsini tələb etmişdir. 
 
Əsl irqçilik yayan, yüz il əvvəlki tarixi olaylara siyasi don geyindirən ermənilər təəssüf ki, Avropada bəzi rəsmi qurumlara təsir imkanları qazana, tarixi hadisələri öz məkrli niyyətlərinə alət edə bilirlər.
 
Ümid edirik ki, Hollandiya məhkəmələri İlhan Aşkının fikirlərini hər bir şəxsin ifadə və düşüncə azadlığı müstəvisində dəyərləndirəcək, erməni lobbisinin məkrli niyyətinə alət olmayacaq”.
 
Xatırladaq ki, Hollandiyanın Almalo şəhərindəki kilsənin bağçasına 1915-ci il hadisələri ilə bağlı uydurma soyqırım abidəsinin qoyulmasına etiraz edən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın iki ildən sonra ifadəsi alınmaq üçün məhkəməyə çağrılıb.
 
İlhan Aşkının iki il əvvəlki etiraz mitinqində “Qarabağ ermənilərə məzar olacaq!” ifadəsi onun irqçiliyi yayması kimi qəbul edilib və ona qarşı ittiham irəli sürülüb.
 
İ.Aşkın bu gün məhkəmədə ifadə verəcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org