Ermeni vehsiliyi ATET numayendelerine gosterildi

16:17 – xeber – Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri Tərtər rayonunun Əskipara kəndində ermənilərin atdığı, istifadəsi qadağan edilmiş top mərmisinin düşdüyü əraziyə gediblər.
 
APA-nın xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə birgə əraziyə baxış keçirirlər.
 
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhənin Tərtər rayonu istiqamətinə səfəri başlayıb.
 
Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan səfər Ermənistan Silahı Qüvvələrinin Əskipara kəndinə fosfor təyinatlı hərbi sursat atması faktı ilə bağlıdır. Hərbi attaşelər beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli hərbi sursatdan istifadə faktı ilə tanış olurlar.
 
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq  Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri monitorinq başa çatandan sonra Tərtər rayonuna gediblər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org