Ermeni texribatina sert cavab – İsvecde/Video

12:10 – xeber – Avroviziya-2016 mahnı müsabiqəsinin yarımfinalında Ermənistanın törətdiyi təxribata etiraz bildirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Ermənistan təmsilçisi İveta Mukuçyan yarımfinaldan sonra keçirilən mətbuat konfransında qondarma Dağlıq Qarabağ respublikasının “bayrağı”nı “Avroviziya” mahnı müsabiqəsində dalğalandırmasını guya ölkəsinin sülhün tərəfdarı olması ilə əlaqələndirib.
 
İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədov mətbuat konfransında Ermənistan tərəfinin növbəti təxribatına etirazını bildirib. 
 
O, Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tərkib hissəsi olduğunu vurğulayaraq deyib: 
 
“Dünyada heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayıb. Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi olaraq tanınır. Buna görə də qondarma Dağlıq Qarabağın “bayrağı”nın “Avroviziya” səhnəsində dalğalandırılması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. İnanıram ki, Təşkilat Komitəsi bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək”.
 
Daha sonra isə mətbuat konfransının aparıcısı bu barədə təmsilçimiz Səmra Rəhimliyə sual ünvanlayıb. 
 
“Bu mahnı müsabiqəsidir və hər şey musiqiyə aid olmalıdır”, –  Səmra bildirib. Onun bu cavabı mətbuat konfransının iştirakçıları tərəfindən alqışla qarşılanıb.
 
Qeyd edək ki, ötən gün Ermənistan təmsilçisi İveta Mukuçyanın Avroviziya-2016 mahnı müsabiqəsinin yarımfinalında ifası zamanı erməni təmsilçilər qondarma Dağlıq Qarabağ Respublikasının “bayrağı” olası əski parçasını qaldırıblar.
 
İctimai Televiziya baş verən təxribatla əlaqədar Avropa Yayımları Birliyinə rəsmi nota göndərib.
 
Avroviziya-2016-nın Təşkilat Komitəsi də bir neçə gün öncə yaydıqları məlumatda Dağlıq Qarabağ separatçı qurumunun “bayrağının” yarışmanın keçirildiyi zala gətirilməsini qadağa etmişdi.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org