“Ermeni soyqirimi”ni taniyan olkeler – Siyahi

21:08 – xeber – Bu gün Almaniya Federal Məclisi 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qətnaməni səs çoxluğu ilə qəbul edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, səsverməyə çıxarılan qanun layihəsinin əleyhinə yalnız bir deputat səs verib, bir deputat isə bitərəf qalıb.
 
Ermənilər uzun illər tarixdə heç zaman olmamış uydurma soyqırımı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb-endirməklə sözdə soyqırımın guya 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan, uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı əcnəbi deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir.
 
Axar.az “erməni soyqırımı”nı tanıyan ölkələrin siyahısını təqdim edir:
 
Uruqvay – 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə “erməni soyqırımı” iddialarını qəbul edib.
 
Yunan Kipri – 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.
 
Amerika Birləşmiş Ştatları – ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsasız “soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimali Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.
 
Argentina – “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.
 
Rusiya – əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı” qəbul edib.
 
Kanada – 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.
 
Yunanıstan – 1996-cı ildə “soyqırımı” tanıyıb.
 
Livan – Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.
 
Belçika – 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.
 
İsveç – 2000-ci ildə qəbul edib.
 
İtaliya – 2000-ci ildə ermənilərin “soyqırım”a uğradığını qəbul edib.
 
Vatikan – İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.
 
Fransa – 2001-ci ildə qəbul edib. Bu ölkədə qondarma “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.
 
İsveçrə – “soyqırım” iddialarını 2003-cü ildə qəbul edib.
 
Slovakiya – 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.
 
Hollandiya – 2004-cü ildə erməni iddialarını qəbul edib.
 
Polşa – 2005-ci ildə qəbul edib.
 
Venesuela – 2005-ci ildə qəbul edib.
 
Litva – 2005-ci ildə qəbul edib.
 
Çili – 2007-ci ildə qəbul edib.
 
Boliviya – 2014-cü ildə qəbul edib.
 
Çexiya – 2015-ci ildə qəbul edib.
 
Avstriya – 2015-ci ildə qəbul edib.
 
Braziliya – 2015-ci ildə qəbul edib.
 
Suriya – 2015-ci ildə qəbul edib.
 
Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırım” olaraq qəbul ediblər.
 
Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar:
 
BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası
 
Avropa Şurası
 
Avropa Parlamenti
 
Dünya Kilsələr Şurası
 
İnsan Haqları Dərnəyi
 
YMCA Avropa Birliyi
 
“Permanent Peoples” Tribunal
 
Gerçək tarix hardadır? Uydurma soyqırım olub, yoxsa olmayıb. Bununla bağlı müxtəlif ölkələrin arxivlərində materiallar var və bu materialların hamısından birmənalı belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi, heç də soyqırım olmayıb, əslində, erməni silahlı dəstələri dinc, türk və kürd əhalisini qırıb.
 
Tarxi gerçəklik bunu deyir ki, “erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kimi istifadə edilib. Gerçəklik həm də onu göstərir ki, Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib.
 
Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915- ci ildən sonra onlar bu “soyqırım”ı uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. “Soyqırım” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər.
 
1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verib. Aprelin 26-da da Baş komandanlığın əmri çıxıb. O əmrə görə, 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edilib. 1915-ci il mayın 27-də “Söbh və isqan haqqında” Qanun qəbul edilib. Türkiyədə dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülüblər. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilib. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürülüblər.
 
1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni Türkiyə daxilində bir yerdən başqa yerə köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. O zaman Türkiyə hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləyib. Deməli, 24 aprelin soyqırım günü kimi götürülməsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org