Ermeni idmanci: Azerbaycanda meni .. (FOTO,)

16:55 – xeber – Bu ilin iyun ayında Bakıda keçirilən Avropa Oyunlarının gümüş medalçısı erməni əsilli Qevorq Manukyan Azərbaycandan danışıb.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, Ukraynanı təmsil edən idmançı Bakıda ona qarşı olan münasibətdən razılıq edib.

“Avropa Oyunlarında zədə almağım mənim üzümü qara etdi. Gümüş medal mənim üçün ən yüksək mükafat idi. Rəqibim zəif deyildi, amma mübarizə aparmaq olardı. Finalda zəiflər olmur”.

Erməni boksçu Azərbaycan respublikasının prezidenti İlham Əliyevin və azarkeşlerin ona olan münasibətindən də bəhs edib:

“Heç bir neqativ vəziyyət yox idi. Döyüşə çıxdım və qışqırıqlara fikir vermədim. Birinci döyüş zamanı mənim soyadımı Manunyak, ikincidə isə Manukiv kimi elan etmişdilər. Məni Azərbaycan prezidenti İlham Əliyevin təltif etməsi isə çox xoşuma gəldi. O, auditoriyanı sakitləşdirdi”.

Avropa Oyunları zamanı erməni əsilli idmançı Qevorq Manukyan finalda Azərbaycanı təmsil edən 91 kq çəki dərəcəsində təmsil edən boksçu Abdulqadir Abdullayevlə görüşməli idi. Lakin zədəli olduğunu deyərək bundan boyun qaçırıb.

İdmançı oyunlardan sonra da I Avropa Oyunları ilə bağlı təəssüratlarını açıqlayıb. Qevorq Manukyan deyib ki, Bakı çox xoşuna gəlib. “Sizin prezidentinizin hərəkəti çox xoşuma gəldi. O, yaxşı insandır. Əlimi sıxıb, mənə “afərin” dedi və uğurlar arzuladı. Məndə onun haqda yaxşı fikir formalaşdı. Böyük şərəfdi ki, mənə mükafatı Azərbaycan prezidenti təqdim edib”.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org