11:26 – xeber – Aprel döyüşlərindən sonra Ermənistan ordusunda həbslər başlayıb.
ANS xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinın rəhbəri Sona Truzyan “Feysbuk” səhifəsində yazıb.
O bildirib ki, gecə yarı ordudakı vəzifəsindən azad olunan general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.
Komitə rəsmisi həbsin detallarını açıqlamayıb.
Çilingəryan mayın 20-də Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə vəzifəsindən azad olunub.
Mayın 18-də isə Ermənistan silahlı qüvvələrinin polkovnik David Abrahamyana vəzifəsindən sui-istifadə ettmə maddəsi ilə cinayət işi açılıb.
İstintaq Komitəsinin məlumatına görə, onun qarşında ittihamlar irəli sürülüb. Ermənistanın Müdafiə Nazirliyinə dəymiş ziyanın tam ödənilməsi tələb olunur.