Ermeni general: “Biz gorduk ki, Azerbaycan…”

17:38 – xeber – Qarşı tərəfin gücünü düzgün qiymətləndirməmək lazım deyil. Biz gördük ki, ötən illər ərzində Azərbaycan öz Silahlı Qüvvələrini yenidən təchiz etməyi bacarıb. O cümlədən ixtisaslaşma planı həyata keçirilib. Belə ki, onlar Türkiyədə, İsraildə və başqa ölkələrdə hazırlıq kursları keçiblər. Biz onların pilotsuz uçuş aparatlarının və artilleriyalarının üslub və keyfiyyətini gördük.
 
Teleqraf.com xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynamış, 1988-ci ildən 2000-ci ilədək Dağlıq Qarabağda müxtəlif hərbi vəzifələr tutmuş general-mayor, “Artsaxın qəhrəmanı” adına layiq görülmüş Vitali Balasanyan bildirib.
 
Azərbaycanın istifadə etdiyi silah növlərini şərh edən qondarma rejimin “parlamenti”nin deputatı deyib:
 
“Keçmiş hərbçi kimi mən deyə bilərəm ki, bu gün keyfiyyət və kəmiyyət dəyişikliyi var”.
 
Bununla belə, V.Balasanyan özünü tox tutmağa çalışıb. Belə ki, o, dəyişikliyə baxmayaraq məsələnin hərbi yolla həllinin mümkün olmadığını vurğulayıb.
 
Qeyd edək ki, V.Balasanyan Əsgəranda doğulub. 1998-ci ildə əvvəlcə Əsgəranda könüllü dəstələrdən birinə başçılıq edib. Hərbi karyerasını irəlilədib və 1999-2005-ci illərdə qondarma “DQR”in müdafiə nazirinin müavini olub. 2007-2010-cu illərdə qondarma rejimin “prezidenti”nin müşaviri işləyib. 2012-ci il “prezident seçki”sində 33 faiz səs toplayaraq Bako Saakyana məğlub olub. Azərbaycana qarşı çoxsaylı döyüşlərdə, o cümlədən Ağdam, Horadiz əməliyyatlarında iştirak edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org