Ermeni deputat: “Torpaqlari geri qaytarilmaliyiq” – Video

14:20 – xeber – Ötən gün “Sputnik Azərbaycan”ın təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri” mövzusunda Bakı-Moskva-İrəvan videokörpüsü keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, videokörpüdə Bakıdan Milli Məclisin deputatı Rasim Musabəyov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi, politoloq Tofiq Abbasov, İrəvandan Ermənistan parlamentinin deputatları Xosrov Arutünyan və Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, “Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edib.
 
“Rusiyanın vasitəçilik missiyası sülhyaratmada vacibdir. Biz istəmirik ki, vəziyyət 1994-cü ildəki hala gəlsin. Ola bilsin, bizim şərtlər təkcə bizim ölkələr üçün deyil, həm də bütün region üçün fəlakət olsun. Düşünürəm ki, işğal olunmuş ərazilər geri qaytarılmalıdır. Bizim üçün əsas olan Dağlıq Qarabağın gələcəyidir. Ermənilər üçün Dağlıq Qarabağ problemi yaşam hüquqü ilə bağlıdır. Bizim üçün önəmli olan Dağlıq Qarabağda ermənilərin gələcək yaşam şərtləri və hüquqlarıdır”, – erməni deputat Xosrov Arutünyan deyib.
 
Millət vəkili Rasim Musabəyov isə Bakının şərtlərini sıralayıb:
 
“Xəritəni açın, baxın. Ermənistan Dağlıq Qarabağdan 3 dəfə artıq Azərbaycan ərazilərini işğal edib. Azərbaycan razıdır ki, təmas bölgəsində monitorinq keçirilsin. Amma ilk əvvəl hərbi əməliyyatlar dayandırılmalıdır, kommunikasiya xətləri bərpa edilməlidir, məcburi köçkünlər evlərinə qayıtmalıdır, bundan sonra DQ-nin statusu müəyyən edilməlidir. Azərbaycan başqa danışıq aparmayacaq”.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org