Erken nikahlarin esas sebebi bu deyil – Komite

08:15 – xeber – Hazırda ölkəmizdə erkən nikah göstəricilərinin sayı son 4 ildə 10 dəfə azalıb.
 
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov erkən nikahlarla bağlı Axar.az-a danışarkən deyib.
 
“Erkən nikah məişət zorakılığının bir növüdür. 1998-ci ildə Qadın Komitəsi, 2006-cı ildə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu məsələ ilə ciddi şəkildə məşğul olunur.
 
2012-ci ildə erkən nikahın qarşısının alınması üçün qanunvericilikdə daha bir yenilik edildi. Kişilərə və qadınlara eyni yaşda nikaha girmək icazəsi verildi. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin icra hakimiyyəti tərəfindən onların xahişi ilə nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər”.
 
Hüquq elmləri üzrə fəlsəfə doktorunun sözlərinə görə, Azərbaycanda qeydə alınan erkən nikahların əsas səbəbi sosial çətinlik deyil:
 
“Tacikistanda, Ermənistanda qeydə alınan erkən nikahların səbəbi sosial çətinliklər olsa da, Azərbaycanda bu, belə deyil. Cinayət Məcəlləsində cəza sistemi ilə bağlı edilən yeniliklərdən, nikah qanunvericiliyinin təkmilləşdirilməsindən sonra 2012-2016-cı illərdə ölkədəki erkən nikah göstəriciləri 10 dəfə azalıb”.
 
Elgün bəyin fikrincə, əsas mübarizə metodu maarifləndirmə olmalıdır:
 
“Uşaq hüquqları, qadın azadlıqları, qadınların biznesə cəlb edilməsi istiqamətində keçirdiyimiz təlimlərin maarifləndirmə istiqamətində böyük rolu var. Erkən nikahların qarşsının alınması üçün ictimai nəzarət özü də olduqca vacibdir. Qonşuların, qohumların, polis müvəkkillərinin, Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin məsələyə müdaxiləsi böyük əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyətləri, Qeyri Hökumət Təşkilatları da mübarizəyə qoşulmalıdır”.
 
Qeyd edək ki, daha öncə Maştağa qəsəbə sakini – 20 yaşlı ana ilə 3 yaşlı körpəsi itkin düşüb. 20 yaşında 3 yaşlı qız anası olan və deməli, ən geci 16 yaşında ərə verilən qızın taleyi də bu faktdan sonra mütəxəssislərin diqqətini özünə cəlb edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org