4 İyun 2016 23:29 – xeber –
Həyat yoldaşı ilə gənc cütlükləri qısqandıra biləcək bir ailə tablosu yaradan aparıcı və aktrisa Berna Laçın tutduğu pəhriz haqda danışıb.
Olkem.az axşam.az-a istinadən xəbər verir ki, gənc və sağlam görünən Berna formada qalmağını "Dukan pəhrizi"nə borclu olduğunu qeyd edib.
Aktrisa bildirib ki, sözügedən pəhriz rejiminə həyat yoldaşı ilə birgə əməl edir:
"Ərim mənim israrımla 32 kiloqram çəki atıb. Onu arıqlatdıqca özüm də arıqladım. O yemədiyinə görə, mən də yeyə bilmirəm. "Ərimi boşadım, ilk eşqimə döndüm",- deyirəm. İndi ona baxmaqdan doymuram".
Tanınmış aktrisa qızı haqda da danışıb:
"Ada artıq böyüyüb, gənc qız olub. Onu kafedə dostları ilə birgə qoyduq, ər-arvad bir yerdə olmağın zövqünü yaşayırıq".