Erdoganin musaviri: “ABŞ Rusiya ile birlesib…”

13:36 – xeber – Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın istifadəsinə bağlaya bilər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Bu gün” qəzetinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Şərəf Malkoç deyib.
 
O, PYD-ni terror təşkilatı kimi görmədiyini açıqlayan ABŞ-ı tənqid edib:
 
“İslam coğrafiyasını və Osmanlını parçalamağı hədəfləyən Birinci Dünya müharibəsi, əslində, hələ də davam edir. Növbəti hədəf isə kürdləri bölüb-parçalamaqdır. Ondan sonra bəlkə Türkiyəni də parçalamaq istəyəcəklər. Bu ittifaqın içərisində Rusiya, İran və təəssüf ki, dost bildiyimiz ölkələr də var. PYD-ni terror təşkilatı saymayan ABŞ-a qarşı görüləcək tədbirlər çərçivəsində İncirlik bazasını bağlaya bilərik. Bizə dost olduğunu deyənlər düşmənçilik edənlər lazımı qarşılığını alacaq. ABŞ Suriyada Rusiya ilə birlikdə Türkiyə əleyhinə hərəkət edir. Bunun heç bir izahı yoxdur! Türkiyə bu məsələdə haqlıdır və bu haqlılığını hər yerdə söyləyəcək. Rusiya ilə ABŞ Suriya vasitəsilə Türkiyənin güclənməsinin qarşısını almağa çalışır. ABŞ-la Rusiya nə qədər razılaşsa belə, bu bölgədə çox qala bilməyəcəklər”.
 
ABŞ İncirlik bazasından Suriya və İraqda İŞİD-ə qarşı istifadə edir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org