Erdoganin Gence seferi texire dusdu

20:47 – xeber – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gəncəyə sabaha planlaşdırılan səfəri təxirə düşüb. 
 
Türkiyənin Azərbaycandakı səfirliyindən ANS-ə verilən məlumata görə, buna səbəb havanın dumanlı olmasıdır.
 
 "Türkiyə prezidentinin təyyarəsi sabah Gəncəyə deyil, birbaşa Bakıya gələcək. Havanın dumanlı olması ilə əlaqədar, Gəncədə planlaşdırılan görüş də çox güman ki, Bakıda keçiriləcək", – deyə səfirlikdən bildirdilər.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək. Onun Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı.  
 
İclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafı və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqların baş tutacağı,Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələrin müzakirə olunacağı gözlənilirdi. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Azərbaycana Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin gələcəyi gözlənilir.
 
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib.
 
Qatı duman səbəbindən Gürcüstanın paytaxtı Tiflisin beynəlxalq hava limanı da 10-a yaxın aviareysi qəbul edə bilməyib. Qəbul edilə bilinməyən reyslər arasında İstanbuldan gələn reys də olub. Bu reys vasitəsilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstana gəlməli idi. Hava şəraitinə görə, M.Çavuşoğlunun Gürcüstana rəsmi səfəri təxirə salınıb. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org