Erdogandan Trampa: Dollarla Turkiyenin iradesini…


[r32]
– xeber –
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasınin Qüds barədə qətnaməni dəstəkləyəcəyini düşünür.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə lideri Ankarada çıxışı zamanı ABŞ-ın qətnaməyə səs verəcək ölkələrə təzyiq göstərməsini sərt tənqid edib. “Bu gün BMT-də səsvermə keçiriləcək, ABŞ prezidenti isə hədə-qorxu gəlir. Demokratiyanın beşiyi bütün dünyada satın alacağı səsləri axtarır. Cənab Tramp, siz dollarla Türkiyənin demokratik iradəsini satın ala bilməzsiniz”, – Ərdoğan çıxışında belə deyib.
O, həmçinin beynəlxalq ictimaiyyətə “öz iradənizi pula satmayın” çağırışı ilə müraciət edib. Türkiyə lideri ABŞ-ın gözlədiyi nəticəni əldə edə bilməyəcəyinə və dünyanın onlara yaxşı dərs verəcəyinə ümidvar olduğunu söyləyib.
Bir qədər əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin səsvermənin nəticələrini qəbul etməyəcəyini bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən kəskin etirazla qarşılanıb.
Dekabrın 18-də isə Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Vaşinqtonun addımını qınayan və 15 üzv dövlətdən 14-nün dəstəyini qazanan qətnaməsinə veto qoyub. Bundan sonra Fələstin bu məsələ üzrə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini xahiş edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org