Erdogandan Bundestaq qerarina munasibet

16:33 – xeber – Ölkəyə döndükdən sonra bu məsələni müzakirə edib, lazımi qərarı verəcəyik.
 
Report xəbər verir ki, bunu Keniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnamə haqda jurnalistin sualını cavablayarkən deyib.
 
"Almaniyadakı səfirimizi Türkiyəyə çağırdıq. Almaniya parlamentinin qəbul etdiyi qətnamə iki ölkənin əlaqələrinə mənfi təsir göstərəcək qərardır", – Türkiyə prezidenti vurğulayıb.
 
Baş nazirin müavini Numan Kurtulmuş Tvitter səhifəsində Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən yazıb: "Almaniya Bundestaqının təhrif edilmiş və əsassız iddiaları "soyqırımı" olaraq qəbul etməsi və layihəyə səs verməsi tarixi bir xətadır. Almaniya parlamentinin bu qətnaməsi Türkiyə-Almaniya dostluq əlaqələrinə yaraşan qərar deyil. Türkiyə üçün bu qərar bir heçdir. Bu məsələ siyasətçilərin və ya parlamentlərin deyil, elm adamlarının, tarixçilərin müzakirə edəcəyi bir məsələdir. Türkiyə bu qərara bütün sahələr üzrə lazımi cavabı verəcək".
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində qətnaməyə belə münasibət bildirib:
 
"Öz tarixlərindəki qaranlıq səhifələri ört-basdır etmək üçün Bundestaq məsuliyyətsiz və əsassız qərar qəbul edərək, başqa ölkələrin tarixini qaralayır".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org