Erdogan “Zaman”i aldi – “Zaman-Azerbaycan”dan cavab

23:24 – xeber – “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri azərbaycanlılardır.

Bu sözləri Axar.az-a “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Anar Qaraxançallı deyib. Baş redaktorun sözlərinə görə, “Zaman-Azərbaycan” qəzetinin Türkiyənin eyni adlı qəzeti ilə heç bir bağlılığı yoxdur:

“Bu xəbəri sizdən eşitdim, xəbərim yox idi. Digər tərəfdən Türkiyənin “Zaman” qəzeti ilə bizim aramızda nə hüquqi, nə fiziki heç bir əlaqə, bağlılıq yoxdur. Bilirsiniz ki, Azərbaycanda fəaliyyət göstərmək üçün media tamamilə milli olmalıdır. Bizim qəzet də Azərbaycan qəzetidir. Şirkətimizin təsisçiləri azərbaycanlılardır. Sadəcə, Türkiyənin “Zaman” qəzeti ilə əməkdaşlığımız var. Məsələn, ölkədə hansısa media orqanı RİA, “Röyter” və başqa xarici media orqanı ilə əməkdaşlıq edir, bizim də Türkiyə qəzeti ilə yalnız bu cür əməkdaşlığımız var”.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında “Zaman” qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul edib. Bu gün məhkəmənin təyin etdiyi qəyyumlar qəzetin idarəetməsini təhvil almaq üçün polislərin müşayiəti ilə “Zaman”ın redaksiyasına gediblər.

“Zaman” qəzeti Türkiyədə Fətullah Gülən icmasına məxsus olan ən məşhur mətbuat orqanıdır. Bundan əvvəl Gülən camaatına məxsus “Bugün” və digər qəzetlər də aparılan istintaq çərçivəsində dövlət tərəfindən Gülən icmasının əlindən alınıb. Hələlik STV (Samanyolu) telekanalı nurçuların əlində qalmaqda davam edir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org