Erdogan Vasinqtonu ayaga qaldirdi – Aya Sofya qalmaqali

13:46 – xeber – Ayasofya məscidi ətrafında Türkiyə və xristian dünyası arasında qalmaqal böyüyür. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə gün əvvəl Ramazan ayında Ayasofya məscidində hər gün Quranın oxunacağını bəyan etməsi sərt reaksiyalara səbəb olub.
 
Publika.az xəbər verir ki, məsələyə sonuncu reaksiya ABŞ Dövlət Departamentindən gəlib.
 
Dövlət Departamentinin mətbuat katibi Mark Toner Türkiyəni İstanbulda Müqəddəs Sofiya kilsəsinə hörmət etməyə çağırıb və kilsənin məscidə çevrilməsi ilə bağlı Türkiyə hökumətinin qərarına etirazını bildirib.
 
“Birləşmiş Ştatlar Müqəddəs Sofiya kilsəsini xüsusi əhəmiyyəti olan abidə kimi tanıyır. Biz Türkiyə hökumətini Müqəddəs Sofyanı kilsə kimi saxlamağa çağırırıq”, – Mark Toner deyib.
 
Daha əvvəl isə Yunanıstanın Xarici İşlər Nazirliyi Ayasofyada Ramazan ayı boyunca Quranın oxunması ilə bağlı Türkiyə hakimiyyətinin qərarını pisləyib. Nazirlik ümumdünya mədəni irsə daxil olan abidədə müsəlman mərasimlərinin icrasını “anlaşılmayan, hörmətsizlik və reallıqla əlaqəsi olmayan” adlandırıb.
 
“Bu cür hərəkətlər müasir, demokratik, dünyəvi cəmiyyətlərə uyğun deyil”, – rəsmi Afina bildirib.
 
Öz növbəsində Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Afinanın bəyanatını qəbuledilməz adlandırıb. “Paytaxtında illərdir ki, məscidin inşasına icazə verməyən, Qərbi Trakyadakı türk azlığının dini hüquqlarına davamlı müdaxilə edən Yunanıstanı ağıllı davranmağa dəvət edirik”, – Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.
 
Yunanıstanın mədəniyyət naziri Panos Panayotopulos isə bildirib ki, Türkiyə hökumətinin xristian kilsəsi olan Aya Sofyanı məscidə çevirməklə bağlı istənilən cəhdi ciddi nəticələrə səbəb olacaq və Türkiyəni bütün xristian dünyasına qarşı qoyacaq.
 
Qeyd edək ki, XV əsrdə Osmanlı imperiyası dönəmində Ayasofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədilə kilsənin muzey kimi fəaliyyət göstərməsi barədə fərman imzalayıb. Aya Sofya YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil edilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org