Erdogan: Turkler Medineni qoruyanda siz harda idiniz?


[r32]
– xeber –
Mənim əcdadım Mədinəni müdafiə edəndə sənin əcdadın harada idi?
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Muxtarlar Toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Üzərində önəmlə durulması gərəkən hadisə düşmən toplarıyla dağıdılmasın deyə Qüdsdən geri çəkilməyimizdir. Qafqaz İslam Ordusu ilə azərbaycanlı qardaşlarımızın yardımına getməyimiz də önəmli hadisədir. Başqa bir dastanımız isə Mədinənin müdafiəsidir. Zalimlərin yanında yer almağı mərifət sayanların Mədinə müdafiəsi və Fəxrəddin Paşanı hədəf almaları boş yerə deyil. Fəxrəddin Paşa Mədinəni müdafiə edərkən sənin yazıq cəddin harada idi? İstanbuldan durub Mədinəyə gedən Fəxrəddin Paşa bunu nə üçün etdi? O müqəddəs torpaqları işğaldan qorumaq üçün Mədinəyə gəldi. Bəs sənin əcdadın harada idi?” – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayed Tvitterdə Fəxrəddin Paşanı tənqid edən tvit paylaşmışdı. O, paylaşımında Osmanlının Mədinənin müdafiəsi əvəzinə onu yağmalamaqda ittiham etmişdi. Zayed həmçinin Ərdoğanın babalarının müsəlman ərəblərlə əlaqəsinin onları soymaq üzərində qurulduğunu bildirmişdi.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org