Erdogan Qarabag Zirvesi kecire, birge ordu qura biler – Şerh


[r32]
– xeber –
ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl Türkiyənin Dağlıq Qarabağ məsələsinin həlli yolunda təşəbbüsü Rusiyanın əlindən ala biləcəyinə dair sensasion iddia ilə çıxış edib. Dekabrın 13-də isə Türkiyənin təşəbbüsü ilə İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Qüds Zirvə toplantısında Ankaranın oynadığı aktiv rol məşhur politoloqun bu fikirlərini daha da aktuallaşdırdı. Bu fonda qardaş ölkənin analoji təşəbbüsü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də sərgiləməsinin mümkünlüyü ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:
– Türkiyə Dağlıq Qarabağ məsələsində təşəbbüsü birtərəfli qaydada ələ ala bilərmi?
– ATƏT-in Minsk Qrupunun fəaliyyəti faktiki fiaskoya uğrayıb və burada Rusiya hökmranlıq edir. ABŞ da məsələnin həllinə biganəliyi ilə Rusiyanın bu roluna şərait yaradır. Bütün sahələrdə olduğu kimi, ABŞ-ın xarici siyasəti bərbad vəziyyətdədir. ABŞ-ın nəfəsi bu gün heç yerdə hiss olunmur. Son vaxtlar qalmaqallı Qüds məsələsinin bumeranq effektinin ABŞ-ı vurduğunu desək, yanılmarıq. Çünki Ərdoğan çox səmərəli və effektli bir gedişlə Trampın səfeh qərarını heçə endirdi. Bu qərar kağız üzərində qalsa da, Trampın başını çox pis ağrıda, hətta impiçmentlə üzləşməsinə səbəb ola bilər. Çünki artıq müsəlman ölkələri Fələstin dövlətini tanımaq qərarına gəliblər, üstəlik, Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıblar. Bu, qarşısıalınmaz prosesdir və bunun qarşısında nə İsrail, nə də ABŞ dayana biləcək. Tramp son addımı ilə müsəlman dünyasının həmrəyliyinin bünövrəsini qoydu. Bu bünövrə kifayət qədər möhkəm və perspektivlidir. Prosesdə Ərdoğanın möhtəşəm rolu isə danılmazdır. Zənnimcə, Türkiyənin təşəbbüsləri bununla səngiməyəcək. Ərdoğan Qarabağ məsələsində də eyni nümunəni nümayiş etdirə və Türkiyə hökuməti bu istiqamətdə fəallığı daha da artıra bilər. Türk liderin İƏT-in növbəti fövqəladə sammitini məhz Qarabağ məsələsinə həsr etməsi tamamilə mümkün görünür.
– Qabil müəllim, bu baş tutarsa, Dağlıq Qarabağ məsələsinin həlli hansı çərçivədə qoyulacaq?
– Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi sırf BMT qətnamələri və beynəlxalq hüquq normaları çərçivəsində qoyula bilər. Bu, bütün müsəlman ölkələrini Azərbaycanın ərazi bütövüyünün təmin edilməsi istiqamətində ölkəmizə fəal siyasi, iqtisadi və hərbi yardım göstərilməsinə bir çağırış olar. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınmaqda davam etdiyindən, problemin çözülməsi bir qədər fərqli aspektdə qoyula bilər. Gələcəkdə bunun yeni çalarları da tapıla və İƏT münaqişənin həllində təşəbbüsü ələ ala bilər. Bu məsələdə də əsas öncül rolu Türkiyə oynayacaq. Həmçinin Pakistan, İndoneziya da prosesə qoşula bilər. İƏT-i 56 üzvü Rusiyanın bölgədəki açar roluna etiraz edə və Qarabağ məsələsinin həllində xristian və müsəlman dünyasının pariteti əsasında Minsk Qrupu və ya BMT formatında sülhyaratma prosesini təmin edə biləcək yeni bir nizamlama komissiyasının yaradılmasını tələb edə bilər. Bu tamamilə qanunauyğun bir prosesdir. Bu prosesdə ABŞ və Rusiyanın fövqəl-dövlət kimi yer alması o qədər vacib deyil. Çünki daim toqquşan maraqlar sülhyaratma prosesinə mane olur. ABŞ və Rusiyanın Qarabağ məsələsində sırf öz maraqları mövqeyindən çıxış etdiyi artıq heç kimə sirr deyil.
– Qüdslə bağlı təcrübə Qarabağ probleminin həllində yeni təşəbbüslərə yol açacaqmı?
– Türkiyə artıq bu prosesin bünövrəsini qoyub. Qardaş ölkə Azərbaycanla fəal hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir. Bu əməkdaşlığın hərbi sazişin imzalanmasına və heç də uzaq olmayan bir dövrdə hərbi ittifaqın yaranmasına aparacağı istisna deyil. Bu hərbi ittifaqa Pakistan da qoşulacaq. Artıq üçtərəfli görüşlər də keçirilib. Bu fonda İndoneziya səfirinin Azərbaycandakı fəallığı da diqqətdən yayınmamalıdır. Hesab edirəm ki, bir neçə müsəlman dövlətini belə bir ittifaqın yaranmasına səfərbər etmək olar. İlk addım Türkiyə ilə başlaya bilər. Bununla da bölgədə sülhün təmin edilməsi prosesinin beynəlxalq təşkilatlar tərəfindən paritet əsaslarla qurulmuş komissiyaya verilməsi israrla BMT-dən tələb olunmalıdır. Qüds təcrübəsinin Qarabağ probleminin həllində yeni yollar açacağına inanıram. Sözügedən mexanizmin icrası üçün Azərbaycan Türkiyə ilə birlikdə hərəkətə keçməlidir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org