09:46 – xeber – 2015-ci ildə Türkiyədə baş tutan əməliyyatlar 7600 PKK üzvü məhv edilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, terrorçuluqla mübarizədə 480-dan çox hərbçi və polis əməkdaşı həlak olub:
“Təhlükəsizlik qüvvələrimiz 2015-ci ilin iyulun 20-dən bəri ölkənin daxilində və xaricində 7600 terrorçunu məhv edib. PKK separatçı terror təşkilatı tarixində ən böyük məğlubiyyətə uğrayıb”.
Xatırladaq ki, Türkiyə Baş Qərargahı bundan əvvəl 5 minədək silahlının öldürüldüyünü bildirmişdi.