Erdogan İlham Eliyevden neyi xahis edib?

11:28 – xeber – Son zamanlar beynəlxalq arenada itirilmiş əlaqələrini bərpa etməyə çalışan Türkiyə hökuməti Misir və İsraildən sonra Rusiya ilə də münasibətlərini düzəltməyə cəhd edir.
 
Publika.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist İbrahim Varlı geniş məqalə ilə çıxış edib.
 
Jurnalist yazır ki, Rəcəb Tayyib Ərdoğan rəsmi Moskva ilə barışmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkodan vasitəçilik etməyi xahiş edib:
 
“Hətta, Prezident Ərdoğan Kremllə münasibətləri bərpa etmək üçün ABŞ-a nəzərdə tutulan səfərini də təxirə salaraq, Rusiyaya “jest” edib.
 
Azərbaycan Prezidenti İlham Əliyev isə Moskva və Ankara arasında əlaqələrin bərpa edilməsi üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev Bakıya səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı da bildirmişdi ki, rəsmi Bakı Türkiyə-Rusiya münasibətlərinin pisləşməsindən narahatdır. Prezident İlham Əliyev “Türkiyə Azərbaycanın ən yaxın dostu və müttəfiqidir. Rusiya da Azərbaycanın qonşusu və dost olan dövlətdir. Azərbaycan Türkiyə və Rusiya ilə tarixi əlaqələrə malikdir. Bizim hər iki dövlətlər münasibətlərimiz yüksək səviyyədədir” demişdi”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org