Erdogan Davudoglu ixtilafinda – Qerb izi

08:15 – xeber – Əhməd Davudoğlunun son açıqlamalarından da bəlli olur ki, bu iki siyasi persona arasında ciddi ixtilaflar var.
 
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Baş naziri Əhməd Davudoğlunun AKP sədrliyindən və baş nazirlikdən getməsini şərh edərkən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, iddialar arasında Ərdoğanın Davudoğlunun son diplomatik uğurlarını qısqanması daha realdır:
 
“Söhbət Avropa İttifaqı ilə təmaslarda əldə olunmuş irəliləyişdən gedir. Danışıq və məsləhətləşmələr əsnasında əldə olunan uğurlar məhz Davudoğlunun siyasi məharətinin bəhrəsidir. O, Aİ nümayəndələrini inandıra bilib ki, Türkiyənin birləşmiş Avropaya qatılması tək Ankaraya deyil, həm də Brüsselə də dividentlər gətirəcək, eləcə də, Avropanın miqrant probleminin həllini qismən yüngülləşdirəcək. Həmin təmaslarda Davudoğlu həm də tərəf müqabillərinin simpatiyalarını qazanıb. Çünki o, siyasi çeviklik və demokratiya dəyərlərinə sayğı göstərməsi ilə seçilib. Bu fonda Avropa mətbuatı və siyasi elitası Davudoğluna qarşı olan etinasızlığı bir qədər yığışdırmalı olub. Lakin Qərb təsisatları Ərdoğana daha sərt və barışmaz mövqe sərgiləyirlər. Onlar bildirirlər ki, Türkiyədə islahatlar adı altında demokratiya ruhu çökür, parlament respublikasına xas dəyərlər aradan götürülür ki, prezidentin səlahiyyətləri daha da geniş olsun. Əlbəttə ki, Qərb belə gedişatla barışa bilmir. Ancaq Ərdoğan obrazı ətrafında formalaşan barışmazlıq Davudoğlunun mövqelərini gücləndirir. Belə bir gedişat isə qıcıq doğurduğundan iki siyasətçi arasında problemli vəziyyət yaranıb”.
 
Qeyd edək ki, ötən gün Prezident Ərdoğanla görüşən Baş nazir Davudoğlunun AKP sədrliyindən və başnazirlikdən istefa verəcəyi barədə məlumat yayılıb. Bu gün isə Əhməd Davudoğlu həmin xəbərləri təsdiqləyib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org