Erdogan da Eliyevin arqumentini esas getirdi

21:50 – xeber – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya mediyasını qınayıb.
 
ANS-in məlumatına görə, Fransa və Belçikada bir neçə gündür davam edən kütləvi etiraz aksiyalarını yetərincə işıqlandırmayan medianı pesləyən Ərdoğan bildirib ki, həmin media qurumları 3 il əvvəl Türkiyədəki Gezi hadisələrini canlı yayım edərək diqqətə çatdırırdı.
 

“3 il əvvəl Gezi parkındakı dəyişikliklər bəhanə edilərək aksiyalara başlanılmışdı. Maşınlar, dükkanlar yandırıldı, yollar, küçələr bərbad vəziyyətə salındı. Gezi parkının altını üstünə çevirdilər. Gezi hadisələri vaxtı dostlarımızın israr etməsi ilə aksiyaçıların sözçüləri ilə görüşdük. Mənə başqa şey dedilər, küçəyə çıxandan sonra tələb siyahısı açıqladılar”, – Ərdoğan bildirib.
 
Hazırda Fransa və Belçikada kütləvi etiraz aksiyalarının keçirildiyini deyən Türkiyə Prezidenti deyib ki, bu aksiyalar Gezi hadisələri kimi işıqlandırılmır.
 
“Bu gün Paris yanır, Brüssel yanır. 3 il əvvəl İstanbulda məskən salaraq aksiyaları canlı yayım olaraq işıqlandıran media qurumları Paris və Brüsseldə xalqın tələbinə kor, lal və kar kimi yanaşırlar. Parisdə baş verənlərə görə mən də narahatam. Aksiyaçılara qarşı polisin güc tətbiqini qınayıram. Brüsseldə baş verənlərə görə də narahatam”, – Ərdoğan vurğulayıb.
 

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev demokratiyanın beşiyi sayılan ölkələrdə aksiyaçılara qarşı edilən vəhşiliklərdən danışaraq bildirmişdi ki, həmin ölkələr əvvəllər Azərbaycanı ittiham edirdilər.
 
“Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır”, – deyən prezident vurğulayıb ki, Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur.
 
“Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur”, – İlham Əliyev bildirib.
 
Fransa və Belçikada bir neçə gündür kütləvi etiraz aksiyaları keçirilir. Parlamentin yeni iş qanununu qəbul etməsindən sonra xalq küçələrə çıxıb. Qərardan hiddətlənən işçilər dükkanlara, maşınlara od vurub, yollarda barrikadalar qurublar. Son məlumatlara görə, nəqliyyat sektorunun işçiləri iyun ayından tətil edəcəklərini bəyan ediblər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org