Erdogan: “Bunu Esede de dedim…”

17:48 – xeber – Türkiyənin mübarizəsi etnik qruplara yox, terrorçulara qarşıdır. Bu ölkədəki kürdlər mənim vətəndaşım, qardaşımdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli məhəllə rəhbərləri ilə görüşündə deyib.
 
O, Suriya Prezidenti Bəşər Əsədin vətəndaş müharibəsindən öncə kürdlərə qarşı mənfi münasibət sərgilədiyini xatırladıb:
 
“Türkiyənin mübarizəsi etnik qruplara yox, terrorçulara qarşıdır. Suriya rejimi vaxtı ikən ölkədəki kürdlərə şəxsiyyət vəsiqəsi belə vermirdi. O vaxt bunu Bəşər Əsədə də dedim. Lakin bir çox bəhanələr gətirdi. Lakin indi araları yaxşıdır, həmrəy olublar. İŞİD Kobaniyə (Suriyanın Türkiyə ilə sərhəd şəhəri – red.) hücum edən zaman 200 min kürd qardaşımıza qapımızı açdıq. Lakin bunu etməyə bilərdik. Hazırda onların bir qismi düşərgələrdə və şəhərlərimizdə həyatlarını davam etdirirlər. Bu ölkədəki kürdlər mənim vətəndaşım, qardaşımdır. Bizim onlarla heç bir problemimiz yoxdur”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org