Er-arvad hamamda olu tapildi – Gencede

01:40 – xeber – Azərbaycanda dəm qazı ər-arvadın həyatına son qoyub.
 
Hüquq-mühafizə orqanlarından ANS -ə verilən məlumata görə, hadisə Gəncə şəhərinin Nizami rayonu ərazisindəki mənzillərdən birində qeydə alınıb. 
 
Daşkəsən şəhər sakinləri 52 yaşlı Fəzail Məmmədov və onun həyat yoldaşı 50 yaşlı Aybəniz Məmmədova Gəncə şəhərində yaşayan qohumlarının evində hamamda çimərkən qəfildən halları pisləşib və ölüblər. Meyitlər  müayinə üçün  məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsində müayinə edildikdən sonra hər iki şəxsin dəm qazından zəhərlənərək öldüyü məlum olub.
 
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Sonuncu belə hadisə yanvar ayının 28-də Bakıda qeydə alınıb. Hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib. Qəsəbə sakini 76 yaşlı Ağamusa Məmmədov və həyat yoldaşı 68 yaşlı Sevil Məmmədova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
 
Fevral ayının 12-də isə Qusarda dəm qazından  2 nəfər boğulub. Rayonun Hil kəndində yaşayış olmayan yeni tikilmiş evdə qadın və kişi meyiti aşkar olunub. Aparılan araşdırmalar nəticəsində ölən şəxslərin 25 yaşlı Rəşad Mustafayev və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızı olduqları məlum olub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org