12:54 – xeber – İyul ayında Xəzər dənizi sahilində “Jara” adlı musiqi festivalı keçiriləcək.
Axşam.az-ın məlumatına görə, müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən konsert iyulun 9-da və 10-da baş tutacaq.
Ağalarovun sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində gerçəkləşəcək gecədə Azərbycanın xalq artisti Zülfiyyə Xanbabayeva, Rusiya şou-biznesinin tanınmış simaları səhnəyə çıxacaq.
Qonaqlar arasında Rusiyanın xalq artisti Filip Kirkorov da yer alacaq. Kirkorov bu haqda özünün İnstarqam səhifəsində paylaşdığı videoda, “İsti olacaq, çünki orada mən olacam”- deyib.
Emin isə “O, həqiqətən də olacaq və bu, möhtəşəm olacaq” – , əlavə edib.