Emekdar artistin filminin teqdimati oldu (FOTO)

28 May 2016 10:23 – xeber –
Əməkdar artist İlqar Muradovun rol aldığı "Xeyirlə şərin rəqsi" filminin premyerası olub.
Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan qala gecəsinə sənət aləminin tanınmış simaları da qatılıb. 
Filmin nümayişindən əvvəl yaradıcı heyətlə görüş keçirilib.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov son illərdə Azərbaycan kinosunun dünyada irəliləyişindən danışıb.
"Xeyirlə şərin rəqsi" filminin quruluşçu rejissoru Yavər Rzayev çəkiliş qrupunu təqdim edib.
Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, bu, onun əsərləri əsasında Azərbaycanda çəkilən üçüncü filmdir. Ümumiyyətlə isə onun romanları əsasında 10 film çəkilib.
Ekran işində baş rolu canlandıran İ.Muradov qeyd edib ki, onun üçün Çingiz Abdullayevin bir çox kitablarının əsas qəhrəmanı olan Dronqonun rolunda çəkilmək böyük şərəfdir. İ.Muradov Ç.Abdullayevə filmin qəhrəmanının əsas atributunu – çəliyi bağışlayıb.
Filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı əməkdar rəssam Rafiq Nəsirov, bəstəkarları xalq artisti Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə xalq artisti Məbud Məhərrəmov, əməkdar artistlər Qurban İsmayılov və İlqar Muradov, aktyor Rasim Cəfərov və başqaları çəkiliblər.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org