Emekdar artistden urek daglayan sozler

11:48 – xeber – Allahım, çox şükür! Övladım qardaş ölkəmizin Baxçaşəhər Universitetinin magistr pilləsini uğurlu nəticələrlə bitirdi.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova yaşadığı çətin günlər haqda Feysbuk sosial şəbəkəsində yazıb. O, qızı Aynişanın uşaqlığı ilə bağlı xatirələrini də bölüşüb:
 
“Balam körpə olanda oturdum üzü qibləyə və Allahımla danışdım. “Ey böyük yaradan, sən bu körpəni atasız qoydun, amma sənsiz buraxma, onu pənahında saxla. Məni dosta, düşmənə möhtac eləmə”, – deyib, hönkürərək ağladım. Birdən Aynişan o biri otaqdan hönkürtümə gəldi. 2-3 yaşı var idi. Gəlib “Ana, niyə ağlayırsan? Xalidə görə ağlayırsan… O gələcək“, – dedi. Ondan sonra söz verdim ki, bir də ağlamayım. Çox əziyyət çəkdim, amma heç kəs bilmədi. Özümə söz vermişdim ki, balamı yüksək təhsillə təmin edəcəyəm. Gecə-gündüz bir söz deyirdim: “Qızım, dərslərini yaxşı oxumalısan, atana borcum var…”
 
Çox sağ ol, qızım. Məni atanın qarşısında utandırmadığına görə. Hazırda bu yazını göz yaşlarımda boğularaq yazıram. Amma budəfəki göz yaşları sevinc yaşlarıdır. Həyatım, nəfəsim, bütün varlığım. Bir qarnı ac-bir qarnı tox günlərimin əzabına dözmüsən. Bəlkə də başqaları sənin sarayda, yağ, bal içində böyüdüyünü təsəvvür edib. Amma sən ananın xəstəxana yatağının başında boynuna sarılaraq, ana, ölmə, deyə, yalvararaq böyümüsən. Bu günə çox şükür, körpəm. Artıq ali təhsilini də başa vurdun, ananı sevindirdin. Allah da səni sevindirsin, qızım. Atan da çox sevinir, bilirəm…”
 
Qeyd edək ki, əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 1992-ci il iyulun 10-da Qarabağda gedən döyüşlərdə şəhid olub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org