Emekdar artist: "Qaynanam dedi ki, biz toyu etmisik, neye gelmisiz?" (FOTO)

28 Sentyabr 2016 14:14 – xeber –
"Toyum olmamış gəlin köçdüm"
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Gülüstan Əliyeva maraqlı açıqlamalar verib.
Əməkdar artist ailə həyatı qurması ilə bağlı xatirələrini bölüşüb: 
"Həyat yoldaşım yaşadığı bölgədə çox tanınan bir insan idi. Gənc olmasına baxmayaraq, çox hörmətli şəxs idi. Nəsilləri də köklü idi. Onlar hamısı Zahidin (yoldaşımın) toyunu səbirsizliklə gözləyirdilər. Qız toyumun bitməsinə az qalmış, oğlan tərəfi dedi ki, biz artıq gəlinimizi aparırıq. Araya çaxnaşma düşdü. Qardaşım küsdü, anam ağladı. Çünki onlar bizə məni aparacaqlarını deməmişdilər. Sonunda bizimkiləri razı sala bildilər. Getdim gördüm ki, artıq onlar toy hazırlıqlarına başlayıblar. 3 dənə mağar qurublar: biri kənd camaatı, biri rayon, digəri isə Bakıdan gələnlər üçün. Çox böyük, təntənəli toy oldu. Anam düşünüb ki, bazar günü toydur, biz də 2-ci gün gedib Gülüstanı görərik. Anamgil 2-ci gün gəliblər bizə. Həyətə girən kimi qaynanam bizimkilərin qabağına çıxıb deyib ki, "nəyə gəlmisiz, biz artıq toyumuzu etmişik". Anam da: "Yaxşı, bəs indi qayıdaq geriyə?" – deyib və gülüşüblər. O gözəl toydan video, foto – heç nə yoxdur".
Gülüstan Əliyeva həyat yoldaşının şəhid olmasından danışarkən göz yaşlarını saxlaya bilməyib: 
"11 ay idi ki, ailə qurmuşduq. Oğlum da dünyaya gəlmişdi. Sözügedən 11 ay bütün ömrə bəs edər. Yoldaşım minaya düşdü. Həyat yoldaşım polis rəisi idi. Medalla təltif olunmuşdu. Düşmənlər onu izləyirdilər ki, aradan götürsünlər. Axırda istəklərinə nail oldular. Yoldaşım minaya düşüb şəhid oldu". 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org