29 Dekabr 2015 13:21 – xeber –
"Böyük şairimiz İmadəddin Nəsiminin sözlərinə yazılmış bu əsəri ilk dinlədiyimdə çox kədərləndim və təəssüf hissi keçirdim ki, bu cür gözəl sözlər hələ bizdə ifa olunmayıb".
Olkem.az xəbər verir ki, bu sözləri azadinform-a açıqlamasında əməkdar artist Bəyimxanım Vəliyeva deyib. B.Vəliyeva bildirib ki, Azərbaycan vətəndaşı olaraq o, dahi şəxsiyyətin yazdığı bu sözləri ifa etməyi özünə borc bilib: "Orada səslənən "ərəbə, farsa minnət eyləməm" sözləri, yəni "öz dilimi qoyub başqa dillərə minnət eləmərəm" kəlməsi dilimizin nə qədər zirvədə olduğunu, dəyərli olduğunu bir daha sübut edir. Orada səslənən "ruzimi verən xudadır, qula minnət eyləməm" cümləsi isə məni xüsusi təsirləndirdi. İnsanlara həmrəy olmağı, bir olmağı, tutduğu mövqeyə görə deyil, insanlığa görə münasibətlərini qurmağı tövsiyə edən Seyid Nəsimi Allahın onsuz da hər kəsin ruzisini Özü verdiyini bir daha insanlara xatırladır".
B.Vəliyeva arzu edib ki, hər bir azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq dilimizi heç zaman unutmasın: "Dilimizi hər zaman uca tutsunlar".
mənbə : milli.az