Emekdar aktrisanin "gece istiraheti", asiq Samirenin ucuncu eri, Royanin qayinatasi – HEFTEBECER

22 Fevral 2016 09:22 – xeber –
Olkem.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (67-ci say) təqdim edir.
Bu həftənin şou xəbərlərini bir dəvəyə yükləsən, rus demişkən, dəvə "otkaz" gedər. Ona  görə çalışmışam ki, ən maraqlı hadisələr diqqətdən kənar qalmasın. Ancaq "Həftəbecər"ə keçməzdən əvvəl bir təşəkkürüm var. 
Ötən həftə qonşum Qulqoyan dayının səhhəti ilə maraqlanan hər kəsə təşəkkürümü bildirirəm. Kişi deyir ki, hamıya salamlarımı çatdır. De ki, şərhlərdən tanışlıq bürosu kimi istifadə etməsinlər, xəbərlər barədə fikirləri varsa, yazsınlar. Mən də dedim ki, deyəmmərəm. O da dedi ki, onda denən, şərh yazanda adlarını anonim yazmasınlar. Bir az mübahisə elədik, az qala ağsaqqalın halı yenə pisləşəcəkdi. Onsuz da, Elza Seyidcahanın axırıncı şeirindən sonra ürəyi tez-tez sancır…
Sizə kimdən danışım, aşıq Samirədən. Bir məclisdə keçmiş həyat yoldaşı ilə rastlaşıb, görüşüb. Bəyənilsin! Çünki insanların ayrılandan sonra düşmən münasibətində olması doğru deyil. Amma orada bir məqam mənə çatmadı:
"Dostluq münasibətimizi saxlamışıq. Düşmən deyilik. Ayrılanda da gərək yer qoyasan ki, üz-üzə gələndə salamlaşasan. O, mənim uşaqlarımın atasıdır, mən də onun övladlarının anasıyam. Müəyyən münasibətlər qorunub saxlanılmalıdır. Yenidən birləşməyə gəldikdə isə… Qismət… İnşallah".
Uşaqlarımın atası? Mən səhv eləmirəmsə, Samirənin böyük qızı elə Rizvan bəydən bir az balacadır axı. Bu, həm də ilk övladının atasını danmaqdır. Bu məntiqlə belə çıxır ki, Samirə üçüncü dəfə ərə getsə və boşansa, bu iki qız da keçəcək "yeni hesaba"? Deyirəm, bu oxuyan tayfası hansı "qayda" qalmadı ki, cəmiyyətə sırımasın?!
Söhbət təkcə bununla bitmir. Samirədən soruşublar ki, belə mehriban idinizsə, niyə ayrılırdınız? O da deyib ki, uzaq olanda daha şirin olursan. Sağ ol e, aşıqə xanım. Bu taktika və texnikayla "Neftçi" üç ilə Çempionlar Liqasının finalında oynamasa, "Həftəbecər"i dayandıraram. Uzaqdan-uzağa…
Bu arada Elza Seyidcahanın şəklini çəkiblər. Özü də qəhvəylə. Görəsən, şəkilə neçə kilo qəhvə gedib? Zəhmət olmasa, bilən varsa, yazsın.
Röyanın keçmiş qayınatasının şirkətini əlindən almışdılar, təzəlikcə qaytarıblar. Röya da əri Anardan ayrılmışdı. İndi münasibətləri çox yaxşıdır. Sual veriblər ki, niyə bu nağıl tez bitdi? O da deyib ki, sizə söhbəti səhv çatdırıblar. Nağıl zad bitməyib. Hələ ardı var. Göydən üç alma düşənə qədər davam edəcək. Allah ağsaqqalın cibini dolu eləsin. Röyanın qayınatasını deyirəm.
Xanəndə Elnarə ilə müğənni Xatirə "razborka"larını həll ediblər. Cəmi xəlqimizin gözləri aydın olsun. Sizi bilmirəm, bu dəqiqə bizim məhəllədə toy-bayramdı. Bu iki böyük sənətkarın barışığını hamımız qeyd edirik. Hətta məhəllə camaatı qarşıdan gələn çərşənbələrin birini bu söz-söhbətin həllinə həsr edəcək. Eşitdiyimə görə, bu, yel çərşənbəsidir. Elnarədən bir sitat oxuyub keçək o biri xəbərə:
"Barışmağımızla bağlı xəbərlər mənə çox qəribə gəlir. Xatirə ilə aramızda söz-söhbət olmayıb. Sənət yoldaşlarımı çox istəyirəm, onlardan ötrü ürəyimi də verərəm. Bilin ki, Elnarə hər kəsi çox istəyir. Xatirəylə də çox vaxt bir yerdə oluruq. Mənim qalmaqala vaxtım yoxdur".
Müğənni Samirə Allahverdi çoxdandır görünmürdü. Təzəlikcə görünüb. Mübarəkdi!
Türkiyənin tanınmış modelyeri Hakan Akkaya da Bakıdadır. Xoş gəlib, səfa gətirib. Zalım oğlu həftənin o başı da burdadı, ortası da. Hələ imkan tapanda həftəsonunu da burada keçirir. Guya buranın özünün burcudan modelyerləri az idi, biri də qərdeş ölkədən gəldi. Salon açılışı olub. Qərdeşimiz gəlib salonu açıb, gedib.
Çoxdandır sizə lətifə yazmıram. Bu həftə olmuş bir hadisəni yazıram, oxuyun. Deməli, hadisə vaqe olur ötən əsrin 80-ci illərində teatrlarımızdan birində. Teatrın bir direktoru olur. Qara-qura işləri çox olduğundan yanında aktrisa adı ilə 2-3 zənən xeylağı saxlayırmış. Məsələn, yuxarılardan komissiya filan gələndə onların "gecə istirahəti"nə bu "aktrisalar" məsul olurmuş. Elə olur ki, bir həftə ərzində dalbadal yoxlamalar gəlir. Direktor da, bu "aktrisalar" da "şotu" itirir ki, bu gecə kimin növbəsidir. Nəysə mübahisə düşür. Aktrisalardan biri o birinə deyir:
– Aaaz, yadındadı bir ay xəstə oldun mən sənin yerinə işlədim. Heç olmasa adam yaxşılıq qanan olar. Hayıf mənim əziyyətimdən…

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org