Embarqo zamani gizli İran-Turkiye razilasmasi

09:16 – xeber – İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin iş yoldaşı Əsgər Fərdi İrana embarqo tətbiq olunan dövrdə ölkənin düşdüyü çətin vəziyyətdən danışıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sabiq diplomat Türkiyənin ABŞ-dan embarqoya göz yummasını xahiş etdiyini deyib. Bundan sonra rəsmi Vaşinqtonun razılığı ilə bəzi əməliyyatlar gerçəkləşib:
 
“Söhbət böyük rəqəmlərdən gedirdi. Qızıl və valyuta dolu tırlar yoxa çıxırdı. Əhmədinejadın məğlub olması və Ruhaninin prezident seçilməsi ilə yolun sonu göründü və bal ayı bitdi. O dövrdə həm İran nəfəs aldı, həm də Türkiyə qazandı. Bunlar ABŞ-ın razılığı ilə oldu. İran xarici bankları satın alırdı. Rza Zərrabın ifşa olunması ilə hər şey puç oldu”.
 
Türkiyəni tənqid edən sabiq diplomat sona qədər dəstək görmədiklərini deyib:
 
İranın ana südü kimi halal pulunu Türkiyəyə daxil etdilər. Türkiyə bankları isə milyonlar qazanırdı. Yəni pul Türkiyə iqtisadiyyatının damarlarına ineksiya edilmişdi. İndi burada günahkar varsa, bu, İran deyil.
 
Türkiyə İslam dünyası liderliyini yerinə yetirmək üçün xeyli pul xərcləməli, Yaxın Şərqdə boy göstərməli idi. Rəsmi Ankara saray tikərək, Sultan Səlim körpüsü inşa edərək və pilotsuz təyyarələrinin adını “Çaldıran” qoyaraq meydan oxuyurdu”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org