Emanetlerin dollarlasmasi 73,4%-e enib – AMB


[r32]
– xeber –
Bu ilin 6 ayında inflyasiya amillərini nəzərə alaraq pul bazasının artım kanalları idarəetməyə götürülüb, pul bazası pul siyasətinin başlıca əməliyyat lövbəri olub.
Axar.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub.
Sənəddə bildirilib ki, hesabat dövründə Mərkəzi Bank özünün likvidlik əməliyyatlarının aparılması zamanı, məhz pul bazası üzrə hədəfə əsaslanıb: “Əsas məqsəd pul təklifi kanallarını tənzimləmək və bu yolla inflyasiyanın yüksəlməsinin qarşısını almaq olub. Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olub. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 5,3% artıb və I yarımilliyin sonuna 8274,5 mln. manat təşkil edib. Bu, ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Dövr ərzində dövriyyədə olan nağd pul kütləsi (bank sistemindən kənar nağd pul və bankların kassalarındakı nağd pul) 5,6%, manatla müxbir hesablar isə 1,6% artıb. Dövrün sonuna manatla pul multiplikatoru 1,38 təşkil edib”.
Pul Siyasəti İcmalında vurğulanıb ki, I yarımillikdə manatla geniş pul kütləsi (M2) 1% azalaraq dövrün sonuna 11435,9 mln. manat təşkil edib. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirib. Belə ki, dövr ərzində nağd pul kütləsi 6,2%, fiziki şəxslərin manat əmanətləri 21,2% artıb, hüquqi şəxslərin manat depozitləri isə 21,9% azalıb. Manatla müddətli depozitlər dövr ərzində 16%, tələb olunanadək depozitlər isə 3,7% azalıb. Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 0,4% artıb və dövrün sonuna 20973 mln. manat təşkil edib.
“Cari ildə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artaraq I yarımilliyin sonuna 45,6% təşkil edib. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64,4% təşkil etdiyi halda yarımilliyin sonuna 67,2% təşkil edib. Hesabat dövründə fiziki şəxslərin manatla əmanətləri 21,2% artıb, xarici valyutada əmanətləri isə 19,5% azalıb. Nəticədə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79,6%-dən 73,4%-ə enib”, – deyə sənəddə qeyd olunub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org