Elza Seyidcahan: “Öz qanlari ile menim resmimi cekibler” (FOTO)

19 Fevral 2016 14:11 – xeber –
Rəssam Elnur Şirinov qəhvə ilə əməkdar artist Elza Seyidcahanın rəsmini yaradıb.
Olkem.az musavat.com-a istinadən xəbər verir ki, qəhvə ilə olan işini sosial şəbəkədə paylaşan rəssam  yazıb: "Qəhvə ilə işləmək maraqlıdır. Ümid edirəm ki, Azərbaycanda qəhvə ilə işləyən ilk rəssam mən oldum. Daha böyük işlər görmək fikrindəyəm. Elza xanım, ümid edirəm ki, bəyənəcəksiz. Yaxınlarda sizinlə görüşüb bu rəsmi sizə verəcəm, inşallah. Yəqin ki, rəsmi evinizin ən yaxşı hissəsinə qoyacaqsız. Əl işlərini sevirəm. Orada Elza xanım varsa, daha çox sevdim… "
Qəhvə ilə çəkilən rəsminə Elza Seyidcahan bu cür münasibət bildirib: "Ona bildirdim ki, əllərindən öpürəm… Və mən xoşbəxtəm ki, onun kimi gənc, istedadlı, gələcəyi parlaq olan rəssam tanrının mənə bəxş etdiyi təbii gözəlliyimdən gözəl əsərlər yaradıb…
Dəfələrlə tanınmış rəssamlar kətan üzərində, yağlı boya, kömür, neft, qum, hətta öz qanları ilə mənim rəsmimi yaradıblar. Bu gəncin qəhvə ilə olan kompozisiyası da bu işlərə əlavə olundu.
Konsertlərimin birində tanınmış, gözəl gənc rəssamımız Ceyhun mənə yaxınlaşaraq bildirdi ki, mən səhnədə ifa edərkən mənim rəsmimi çəksin, yəni, musiqi sədalarına uyğun bir əsər yaratsın. Əlbəttə ki, razı oldum, çünki yaradıcı insanı başa düşmək lazımdır. Konsertin sonunda rəsmimi mənə hədiyyə etdi".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org