Elton Aygun Kazimovaya CAVAB VERDİ

22 Fevral 2016 11:02 – xeber –
Müğənni Elton Hüseynəliyev xalq artisti Aygün Kazımovanın ittihamlarına cavab verib. 
Olkem.az aznews.az-a istinadən bildirir ki, o, bu barədə sosial şəbəkədə yazıb. E.Hüseynəliyev A.Kazımovanın adını çəkmədən qeyd edib ki, insanlara şər, iftira atmaq şeytan əməlidir: "Mən çox xoşbəxtəm. Hamımıza xoşbəxt olmağı arzu edirəm. Şər, iftira atmaq şeytan əməlidir. Kim bunu edirsə, o, şeytanın quludur. Heç nə demirəm, zaman hər şeyi göstərəcək. Həyat gözəldir, Bu həyatı şeytanlara yox, insanlara sərf etmək lazımdır". 
Qeyd edək ki, xalq artisti A.Kazımova həmkarı Elton Hüseynəliyevin ünvanına aşağılayıcı ifadələr işlədib. O, Eltonu həmkarlarının qeybətini etməkdə ittiham edib: "Eltonla hər görüşəndə qeybətindən qalmırdı. Xüsusilə də, qadın müğənnilərin arxasınca danışırdı. Bir adam ki, iki gözəl övladının anası, illərdir onun yolunda hər cəfaya qatlaşan, işini, karyerasını onun karyerasına qurban verən, bu gün qazandıqlarına sayəsində çatdığı ömür-gün yoldaşının qədrini bilmirsə, ağzına gələni danışırsa, oturduğu hər yerdə və mənim yanımda ailəsinin, evinin, həyat yoldaşının qeybətini edirsə, belə kişiyə kişi demək olar? İndi də başlayıb Röya ilə belə oldu, Natavanla belə oldu. Bizim dilimiz varsa, dilçəyimiz də var. Deyəsən, unutmusan saatlarla vaxtımı alıb Röya və Natavanın arxasınca etdiyin qeybətlər. Utan, kişi adı daşıyırsan, ay qədirbilməz! Bir dilinə yiyə dura bilmirsən. Deyəsən, hulqumunu sən çoxdan udmusan!".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org