Elnare Royanin kecmisi ile bagli hansi sirri acdi? – YENİLENİB

3 Oktyabr 2016 13:23 – xeber –

Bəstəkar Vaqif Gərayzadə "W-trio" qrupuna əvvəlcədən proqnoz qoymuşdu ki, iki il davam edəcəksiniz. Elə də oldu, iki ildən sonra qrup dağıldı.

13:23
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova "Qonaq gəl bizə" verilişində deyib. 

İfaçı həmkarı Röya Ayxan və Natavan Həbibi haqda danışıb:

"Biz Vaqif Gərayzadənin ilk triosu deyildik. Bizə qədər o, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli kimi ulduzlar estradamıza bəxş etmişdi. O, bir çox ulduzları parıldatdı. Mənə elə gəlirdi ki, bizim qrup on il davam edəcək. Qrupu ilk Röya tərk etdi ki, solo ifaya başlayacağam. Röya gedəndən sonra qrupun bütün ağırlığı mənim üstümə düşdü. Onlar arasında yeganə musiqi savadı olan, not bilən mən idim. Qızlara bəzi şeyləri mən öyrədirdim. Vaqif müəllimin ilk tapşırığı Röyanın yerinə adam gətirmək oldu. Səidə Sultanı tapdım, iki ay onu öyrətdim. Halal xoşu olsun. Daha sonra mən getdim. Natavan Həbibi "kapitan" oldu, sona kimi qaldı".

E.Xəlilova "Sizin qrupun qızlarının Aygün Kazımovanın bek-vokalçısı olduğu deyilir. Bu ifadəyə digər iki müğənni əsəbiləşsə də, siz normal qəbul edirsiniz" sözlərinə belə münasibət bildirib: 

"Bu ifadə məni qıcıqlandırmır. Bek-vokal oxumaq fitri istedad tələb edir. Müğənni nəyisə səhv oxuyursa, onu bek-vokalçı düzəldir. Tarkan, Ebru Gündeş, Sertap Erener nə vaxtsa kiminsə bek-vokalı olublar. Hər adam bunu bacarsaydı, özü oxuyardı da, məni niyə çağırırdı? Vaqif Gərayzadənin mahnılarının 90 faizinin bek-vokalını mən və Natavan oxuyub. Röya bek-vokal oxumağı bacarmır. O konsertlərdə oxumurdu, ancaq yanımızda dayanıb, bizi güldürürdü. 

Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxumuşuq. Bu eyib deyil, bacarıqdır, istedaddır. Bu işdən utanmıram, əksinə, sevinirəm ki, musiqiçi kimi özümü təsdiq etmişəm". 
———-

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org