Elmeddin gorunusu haqda: “Olan budur…”

27 Aprel 2017 20:48 – xeber –
Aktyor Elməddin Cəfərov lent.az-ın canlı yayımında qonaq olub. 

Olkem.az-ın məlumatına görə, aktyor müsahibəsində maraqlı açıqlamalar verib. O, ilk öncə toylara niyə getmədiyinin səbəbini açıqlayıb:
 
"Şou-biznesdə toy bazarı azalır. Amma bu, məni maraqlandırmır, çünki toylara getmirəm. Artıq 10 ildir ki, toy idarə etmirəm. Əslində, səbəbi desəm, kimlərsə inciyə bilər. Amma mən öz adıma deməliyəm ki, toy səhnəsində özümü tam görə bilmirdim. Orada tamaşaçı ilə çox yaxın olursan. Orada insanlar içir və adamla elə səmimi davranırlar ki, hətta gəlib sarılıb, öpürlər. Şəkil çəkdirəndə də adamdan sallanıb çəkdirirlər. Toya gələn bəzi adamlar 9-dan sonra o qədər içir ki, heç kimi tanımır. Həm də içki məclisindən uzaq olmaq üçün toya getməməyə qərar verdim. Toy mənə uyğun deyildi, orada özümü inkişaf etdirə bilməzdim".
 
Aktyor hazırkı gəlir yerinin yalnız seriallar olduğunu söyləyib: 

"Əslində, əvvəllər toya gedəndə normal qazanırdım. Aşağı 1000-1500 manata gedirdim. Ayda 5-10 toyum olanda normal pul olurdu. Amma 8 il bundan qabaq risk edib, toylara "yox" dedim. Amma halbuki "hə" deyib, daha çox qazana bilərdim. Aya 500 manata qane olub, toylarla sağollaşdım. Çox böyük uçurum olurdu. Təsəvvür edin, ayda 1 dəfə toya getsəm, aylıq qazancımdan daha çox qazanardım. Amma etmədim. İndi tək gəlirim aktyorluqdandır. Mənə və ailəmə baxacaq qədər gəlirim var. Qazancıma uyğun xəyallarım var".    
 
Gülüş ustası bildirib ki, uşaq vaxtı görünüşünə görə kompleksə düşüb: 

"Uşaq vaxtı çox kompleks var idi. Amma mən dini təhsil aldırdım, həmin vaxt bir yazı oxudum, ondan sonra şükür elədim. Yazılmışdı ki, "əsəri bəyənmədin, yoxsa rəssamı?". Yəni əsər Allahın əsəridir, rəssamda odur. Hansını bəyənmirsən? Onun işini, yoxsa özünü? Sonra anladım ki, bu sözlərdə hikmət var imiş. Əsəri belə çəkməklə, onu sevimli edib. Ruzunu da o əsər vasitəsi ilə verib. Görünüşümlə bağlı irad bildirənləri ciddiyə almıram, boş verirəm. Daha sonralar görünüşümdə kompleks hiss eləmədim. Çünki o tərəfdən yanaşmadım. Olan budur, nə edə bilərəm ki? Məni qəbul edənlər belə edib". 

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org