Elmar Memmedyarov vitse-spikerle gorusdu – Foto

23:17 – xeber – Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Argentina arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əzmlərini ifadə ediblər.
 
Patrisia Ximenez Bakıda keçirilən beşinci Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. O, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi üçün ideal məkan olduğunu vurğulayıb.
 
Elmar Məmmədyarov müasir aktual problemlərin birgə səylərlə həll edilməsi, humanitar əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu elmi-siyasi platforma kimi Bakı Humanitar Forumunun əhəmiyyəti haqda danışaraq, Forumda daha çox müraciət olunan müxtəlif sivilizasiyalar, mədəniyyətlər və dini konfessiyalar arasında dinc birgə yaşama, multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi kimi məsələlərdə Azərbaycanın dünyaya nümunə olduğunu bildirib.
 
Görüşdə, həmçinin dini zəmində baş verən münaqişələr, terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olunub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org