Eliyevin soylediyi fikirler bizi cesaretlendirdi – Gunes

01:08 – xeber – Dövlətimizin başçısının Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışı hər bir iştirakçı kimi, mənə də böyük təsir bağışladı. Həm söylədiyi fikirlər, həm də qətiyyətli ifadə tərzi bizə tutduğumuz yolda cəsarət verdi, üfüqümüzü açdı.
 
Bu fikirləri Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı təəssüratını AzərTac-a bölüşərkən söyləyib.
 
Y.Günəş bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün uzun illərdir danışıqlar aparılır. Ancaq Ermənistan rəhbərliyi münaqişənin həllini uzatmaqla məşğuldur. Azərbaycanın səbri isə sonsuz deyil: “Dağlıq Qarabağ mövzusunda söylədiyi fikirlərdə Prezident İlham Əliyevi çox qərarlı və cəsur gördüm. Bu da təbii ki, bizə böyük cəsarət verdi”.
 
Y.Günəş qurultaya qatılmaqda məqsədinin bu mötəbər tədbirdə diaspor quruculuğu sahəsində görülən işlərin və qarşıda duran hədəflərin müzakirəsində iştirak etməklə yanaşı, müxtəlif ölkələrdən gəlmiş diaspor cəmiyyətlərinin təmsilçiləri ilə birgə fəaliyyət üçün fikir mübadiləsi aparmaq olduğunu deyib: “Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, erməni yalanlarına qarşı aparılan mübarizədə Paris, Brüssel, Berlin kimi Avropa şəhərləri ilə yanaşı, Vyana da xüsusi önəm daşıyır. Çalışmalıyıq ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü burada yerləşən beynəlxalq təşkilatların gündəmində saxlayaq və digər fəaliyyətlərin həyata keçirilməsini təmin edək. Müasir dövrdə Xocalı soyqırımı kimi faciələr varkən, bir sıra dövlətlərin parlamentində qondarma iddialara həqiqət donu geyindirərək, siyasi sifarişli qərarlar verilməsi qarşıda görüləcək işlərin hələ çox olmasına dəlalət edir”.
 
“Bir olmamız, insanlarımızı bir araya gətirməmiz və hər cəhətdən güclü diaspor olmağımız gərəkdir”, – deyən Y.Günəşin fikrincə, diaspor quruculuğunun müasir mərhələsində soydaşlarımız Avropada məskunlaşıb iş və digər imtiyazlara yiyələnməklə kifayətlənməməlidir. Uzunmüddətli və qalıcı hədəflərə hesablanmış fəaliyyətlərə üstünlük vermək, buradakı vətəndaşlarımızın bu ölkənin siyasi, iqtisadi və ən əsası isə media quruluşlarında təmsil olunması, orada nüfuz sahibi olmasını təmin etmək əsas hədəflərimiz sırasında olmalıdır.
 
O qeyd edib ki, bu qurultay həm fikir mübadiləsi aparmaq, həm diaspor təşkilatları arasında koordinasiyanı gücləndirmək, həm də birgə layihələr keçirmək üçün əhəmiyyətli oldu. Qurultayda səsləndirilən Dünya Azərbaycanlıları İş Adamları Birliyinin təsis edilməsi ideyasını müsbət qiymətləndirən Y.Günəş Azərbaycan məhsullarının xaricdə tanıdılması və ölkə iqtisadiyyatına gəlir gətirə biləcək işlərin görülməli olduğunu də diqqətə çatdırıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org